2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Tofiq Murtuza oğlu Nağıyev – “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə
Mədəniyyət sahəsi üzrə
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə – Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
Ramiz Eyyub oğlu Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə
Ədəbiyyat sahəsi üzrə
Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2014-cü il.
29 May 2014, 09:0524 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...