“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279, Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 976-VQD nömrəli və 6 mart tarixli 1029-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin ikinci hissəsinin onuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və on birinci abzası ləğv edilsin;

2. 6-cı maddənin birinci hissəsinin doqquzuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və onuncu abzası ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

16 May 2018, 08:05

http://www.azertag.az

8831—8840 / 10511

21 Yanvar 2015, 09:01

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1137-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

21 Yanvar 2015, 09:01

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında   ətraflı...

21 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

19 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

19 Yanvar 2015, 09:01

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında   ətraflı...

15 Yanvar 2015, 09:01

Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

15 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında   ətraflı...

15 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrəəməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə   ətraflı...