Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 133

Bakı şəhəri, 5 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1132) ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndə "tətbiq olunmur" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir" sözləri əlavə edilsin.

2. 4.1-ci bəndə "tətbiq edilmir" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmur" sözləri əlavə edilsin.

3. 4.2-ci bənddə "Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma cinayət təqibi başa çatanadək tətbiq olunmur" sözləri "cinayət təqibi başa çatanadək, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir" sözləri ilə əvəz edilsin.

4. 4.5-ci bənd ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

27 May 2014, 17:05

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...