“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156, № 6, maddə 1056, № 8, maddə 1511) 67-ci maddəsinin adında və mətnində aşağıdakı dəyişikliklər edilsin:

1. “, habelə işsizliyə görə” sözləri çıxarılsın.

2. “müavinətlərə” sözündən sonra “və işsizlikdən sığorta ödənişinə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

15 May 2018, 08:05

http://www.azertag.az

7071—7080 / 10511

18 Mart 2016, 09:03

Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında   ətraflı...

18 Mart 2016, 09:03

O.S.Sultanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

İ.M.Bağırova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

M.Y.Zabelinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında   ətraflı...

18 Mart 2016, 09:03

B.Ə.Səfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2016, 09:03

Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

18 Mart 2016, 09:03

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...