"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 131

Bakı şəhəri, 5 may 2014-cü il

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 36 nömrəli, 14 fevral tarixli 46 nömrəli, 21 fevral tarixli 52 nömrəli, 12 mart tarixli 74 nömrəli və 19 mart tarixli 86 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.   33.2-ci bəndə "icazənin alınması" sözlərindən sonra "(müddətinin uzadılması)" sözləri əlavə edilsin.

2.   33.3-cü bənddə "yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması" sözləri "yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)" sözləri ilə əvəz edilsin.

3.   33.4-cü və 33.5-ci bəndlərdə "Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin" sözləri "Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin" sözləri ilə əvəz edilsin.

4.   Aşağıdakı məzmunda 33.5-1-ci bənd əlavə edilsin:

 

33.5-1.

Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

27 May 2014, 17:05

http://cabmin.gov.az/

9691—9700 / 10511

21 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında   ətraflı...

21 İyul 2014, 09:07

Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

17 İyul 2014, 09:07

Akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

17 İyul 2014, 09:07

T.M.Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

17 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 İyul 2014, 09:07

R.H.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 İyul 2014, 09:07

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

16 İyul 2014, 09:07

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

15 İyul 2014, 10:07

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə   ətraflı...

15 İyul 2014, 10:07

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...