“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2018-ci il.

14 May 2018, 08:05

http://www.azertag.az

8421—8430 / 10511

18 May 2015, 09:05

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

18 May 2015, 09:05

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti vəəmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişikliklər edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında   ətraflı...

18 May 2015, 09:05

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə   ətraflı...

18 May 2015, 09:05

Mərkəzi Seçki Komissiyasının 7 aprel 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

13 May 2015, 08:05

T.T.Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının verilməsi haqqında   ətraflı...