Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 130
Bakı şəhəri, 5 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1106) ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar, Cəzaların İcrası və Miqrasiya məcəllələrində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.".
2. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
"2-1. Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək, qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilirlər.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
27 May 2014, 17:05
15 Noyabr 2019, 08:11
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
14 Noyabr 2019, 08:11
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 Noyabr 2019, 08:11
Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Noyabr 2019, 08:11
Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Noyabr 2019, 08:11
Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Noyabr 2019, 08:11
Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Noyabr 2019, 08:11
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Noyabr 2019, 08:11
Azərbaycan Respublikasının televiziya və radio işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2019, 08:11
Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Noyabr 2019, 08:11
Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...