“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9.3-cü bənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitinin Cəmiyyətin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitinin Fondun” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” üzrə:
1.2.1. 1.2.2-ci yarımbənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “AİF” ASC)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;
1.2.2. 1.2.9-cu yarımbənddə və 4.1-ci bənddə “AİF” ASC-nin” sözləri “Fondun” sözü ilə, 7.3-cü bənddə “AİF” ASC” sözləri “Fond” sözü ilə əvəz edilsin;
1.2.3. 2.1-ci bənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin.
2. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə dair “10.Tədbirlər Planı” hissəsinin 9.2.5-ci yarımbəndinin “Digər icraçılar/Tövsiyə” sütununda “Azərbaycan İpoteka Fondu” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə:
2.2.1. 3.2-ci bəndin “İmkanlar” sütununda “Azərbaycan İpoteka Fondu” ASC” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin;
2.2.2. 4.2-ci bəndin on altıncı abzasında “Azərbaycan İpoteka Fondu” ASC (bundan sonra – “AİF” ASC)” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;
2.2.3. mətn üzrə ismin müvafiq hallarında “AİF” ASC” abreviaturaları ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822) ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.6-cı yarımbənddə və 10.3-cü bənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;
3.2. 6.1.18-ci yarımbənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1832) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.3-cü bəndinin “İcraçılar” sütununda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2018-ci il.
11 May 2018, 08:0523 Fevral 2018, 08:02
Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Fevral 2018, 08:02
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
22 Fevral 2018, 08:02
Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2018, 08:02
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2018, 08:02
R.S.Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2018, 08:02
Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2018, 08:02
Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2018, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Fevral 2018, 08:02
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Fevral 2018, 08:02
“Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli 586 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...