“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1067-VQD nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1067-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2018-ci il.

11 May 2018, 08:05

http://www.azertag.az

8661—8670 / 10511

3 Mart 2015, 09:03

Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında   ətraflı...

2 Mart 2015, 09:03

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

27 Fevral 2015, 09:02

Mingəçevir Sənaye Parkının yaradılması haqqında   ətraflı...

27 Fevral 2015, 09:02

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 217 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

27 Fevral 2015, 09:02

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

27 Fevral 2015, 09:02

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

27 Fevral 2015, 09:02

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında   ətraflı...

27 Fevral 2015, 09:02

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

26 Fevral 2015, 08:02

A.T. Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

26 Fevral 2015, 09:02

Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında   ətraflı...