“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 mart tarixli 1867 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü maddəsində (ikinci halda), 20.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 24.1-ci maddəsində (ikinci halda), 24.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 34.2-ci maddəsində (ikinci halda), 34.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 35.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və üçüncü cümləsində (ikinci halda), 35.3-cü (ikinci halda) və 38-ci (ikinci halda) maddələrində, 40-cı maddəsinin ikinci cümləsində (ikinci halda), 41-ci maddəsində (ikinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.3-cü (ikinci halda), 44.1-ci (ikinci halda), 44.3-cü (ikinci halda), 47.3-cü maddələrində, 47.4.5-ci (ikinci və üçüncü hallarda), 47.4.6-cı (ikinci və üçüncü hallarda), 48.3.1-ci (ikinci halda), 48.3.3-cü (ikinci halda) maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 49.2.11-ci maddəsində (ikinci halda), 66.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 75.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 75.1-1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 75.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 75.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 75.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və üçüncü cümləsində (ikinci halda), 75.4-1-ci (ikinci halda), 75.5-ci (ikinci halda) maddələrində, 75.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 75.9-cu maddəsinin birinci cümləsində (ikinci halda), 75.10-cu maddəsinin birinci cümləsində (ikinci halda), 75.11-ci, 76.1-ci (ikinci halda), 76.2-ci (ikinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 84.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 86.1.1-ci maddəsində (ikinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (ikinci halda), 89.2-ci maddəsində (ikinci halda), 90.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 90.3-cü (ikinci halda), 90.4-cü, 92.10-cu, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda), 94.3-cü maddəsində (ikinci halda), 95.3-1-ci maddəsinin birinci cümləsində, 95.5-ci (ikinci halda), 95.7-ci, 97.5-ci maddələrində, 101.2-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 102.3-cü maddəsinin birinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində, 102.4-cü maddəsində (ikinci və üçüncü hallarda), 102.5-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 102.7-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.2. 4.2-ci bənddə “75.4-cü maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri “75.4-cü maddəsinin birinci cümləsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin;

3.3. 4.3-cü bənddə “48.3.1-ci maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində” sözləri “48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;

3.4. 4.4-cü bənddə “13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində və 24.2-ci maddəsinin birinci cümləsində” sözləri “13-cü maddəsində (birinci halda), 20.4-cü maddəsinin ikinci cümləsində (birinci halda), 24.1-ci maddəsində (birinci halda), 24.2-ci maddəsinin birinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;

3.5. 4.6-cı bənddə “34.2-ci” sözlərindən sonra “maddəsində (birinci halda)” sözləri əlavə edilsin və “maddələrində, 58.2-ci” sözləri “maddəsində (birinci halda), 58.2-ci” sözləri ilə əvəz edilsin;

3.6. 4.7-ci, 4.7-1-ci (4.7-1.1-ci və 4.7-1.2-ci yarımbəndlər istisna olmaqla) və 4.7-2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.7. həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 80.6-cı maddəsinin birinci cümləsində, 82.2-ci (birinci halda), 89.2-ci (birinci halda) maddələrində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.1-1-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.3-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində (birinci halda), 75.4-1-ci maddəsində (birinci halda), 75.5-ci maddəsində (birinci halda), 75.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 75.9-cu maddəsinin birinci cümləsində (birinci halda), 75.10-cu maddəsinin birinci cümləsində (birinci halda), 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:”;

“4.7-2. həmin Məcəllənin 47.4.5-ci (ikinci halda), 47.4.6-cı (ikinci halda) maddələrində, 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci və 95.3-1-ci maddələrinin birinci cümlələrində, 95.5-ci, 101.2-ci (ikinci halda) maddələrində, 102.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 102.4-cü (ikinci halda), 102.5-ci (ikinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (ikinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;

3.7. aşağıdakı məzmunda 4.7-3-cü bənd əlavə edilsin:

“4.7-3. həmin Məcəllənin 13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində, 24.2-ci maddəsinin birinci cümləsində, 34.2-ci maddəsində, 34.4-cü maddəsinin birinci cümləsində, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 35.3-cü və 38-ci maddələrində, 40-cı maddəsinin ikinci cümləsində, 41-ci maddəsində, 42.1-ci maddəsinin birinci cümləsində, 43.1-ci maddəsinin birinci cümləsində, 43.2-ci maddəsinin birinci cümləsində, 43.3-cü, 44.1-ci, 44.3-cü, 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.1-ci, 48.3.3-cü maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində, 49.2.11-ci maddəsində, 66.3-cü maddəsinin ikinci cümləsində, 75.1-ci maddəsinin birinci cümləsində, 75.1-1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində və üçüncü cümləsində, 75.4-1-ci maddəsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 82.1-ci və 82.2-ci maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 89.2-ci maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində, 90.3-cü və 94.3-cü maddələrində, 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü maddəsində (birinci halda), 102.5-ci maddəsində (birinci halda), 102.6-cı maddəsinin birinci cümləsində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) “qurum” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur;”;

3.8. 4.8-ci bəndə “48.3.5-ci maddəsinin ikinci cümləsində” sözlərindən və 4.9-cu bəndə “49.2.11-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.9. 4.10-cu bənddə “82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda)” sözləri “82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda)” sözləri ilə əvəz edilsin;

3.10. 4.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.14-cü bənd əlavə edilsin:

“4.14. həmin Məcəllənin 49.2.11-ci maddəsində və 66.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə tikinti işləri həmin Agentliyin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda verilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2018-ci il.

8 May 2018, 08:05

http://www.azertag.az

941—950 / 10511

22 Dekabr 2021, 07:12

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Dekabr 2021, 07:12

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Dekabr 2021, 07:12

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Dekabr 2021, 07:12

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Dekabr 2021, 07:12

“Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

22 Dekabr 2021, 07:12

“Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 391-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 iyul tarixli 378 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 819 nömrəli və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2021, 07:12

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2021, 07:12

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Estoniya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2021, 07:12

Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Dekabr 2021, 07:12

Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...