Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Xaçmaz şəhərində bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Şahmat Məktəbi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Xaçmaz və Xudat Şəhər Mədəniyyət Mərkəzləri əsaslı təmir olunmuş, Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu”, “Bayraq” muzeyləri və Rəsm Qalereyası yaradılmış, 41 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Xaçmaz şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, “Xaçmaz” Elektrik Stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, “Yalama” Aqroparkı və digər iri istehsal, emal müəssisələri tikilmiş, 20 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il.
7 May 2018, 08:053 Fevral 2017, 09:02
2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında ətraflı...
2 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
2 Fevral 2017, 09:02
Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı ətraflı...
2 Fevral 2017, 09:02
“Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
2 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
2 Fevral 2017, 09:02
“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
1 Fevral 2017, 10:02
“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
1 Fevral 2017, 10:02
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında ətraflı...
31 Yanvar 2017, 09:01
Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
31 Yanvar 2017, 09:01
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...