Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Xaçmaz şəhərində bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Şahmat Məktəbi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Xaçmaz və Xudat Şəhər Mədəniyyət Mərkəzləri əsaslı təmir olunmuş, Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu”, “Bayraq” muzeyləri və Rəsm Qalereyası yaradılmış, 41 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, Xaçmaz şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, “Xaçmaz” Elektrik Stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, “Yalama” Aqroparkı və digər iri istehsal, emal müəssisələri tikilmiş, 20 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il.
7 May 2018, 08:0513 Oktyabr 2017, 09:10
P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında ətraflı...
11 Oktyabr 2017, 10:10
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
11 Oktyabr 2017, 10:10
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Latviya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
11 Oktyabr 2017, 10:10
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Oktyabr 2017, 10:10
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Oktyabr 2017, 10:10
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Oktyabr 2017, 10:10
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
11 Oktyabr 2017, 10:10
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında ətraflı...
11 Oktyabr 2017, 10:10
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ətraflı...
11 Oktyabr 2017, 10:10
“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında ətraflı...