“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 793; 2014, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1194; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 384, № 8, maddə 1521) 28.3-cü bəndində “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2018-ci il.

4 May 2018, 08:05

http://www.azertag.az

8271—8280 / 10511

24 İyul 2015, 09:07

S.D.Cəfərovun “Azərbaycan Polad İstehsalı Kompleksi”Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

22 İyul 2015, 09:07

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

21 İyul 2015, 09:07

Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında   ətraflı...

16 İyul 2015, 09:07

Reklam haqqında   ətraflı...

16 İyul 2015, 09:07

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

16 İyul 2015, 09:07

“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə   ətraflı...