“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə:

1.1.1. 2.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.6. faiz subsidiyası – bu Qaydaya uyğun olaraq yalnız sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Fondun zəmanət verdiyi təqdirdə həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti;”;

1.1.2. 3.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.5. borcalanın bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;”;

1.1.3. 4.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.1.2. bir borcalanın bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalı;”;

1.1.4. 4.2.1-ci yarımbənddə "500 000 (beş yüz min)" sözləri "3 000 000 (üç milyon)" sözləri ilə əvəz edilsin;

1.1.5. 4.2.2-ci yarımbənddə "750 000 (yeddi yüz əlli min)" sözləri "6 000 000 (altı milyon)" sözləri ilə əvəz edilsin;

1.1.6. 5.1.1-ci yarımbənddən “bankın faiz subsidiyası həcmində ödənişləri həmin borcalana ödəmək və ya” sözləri çıxarılsın;

1.1.7. 5.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.1.2. zəmanət üzrə öhdəliyin icra edilməsi üçün borcalana qarşı tələb hüququnu Fondun əldə etməsi.”;

1.1.8. 5.2.1-ci yarımbənddə “borcalan” sözündən sonra “zəmanət tələb olunan” sözləri əlavə edilsin, “yazılı” sözü “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə” sözləri ilə əvəz edilsin;

1.1.9. 5.2.2-ci yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu qərar müvəkkil bank tərəfindən elektron sistemdə yerləşdirilir;”;

1.1.10. 5.2.3-cü yarımbənddə və 5.5-ci bənddə “yazılı” sözü “elektron sistem vasitəsilə” sözləri ilə əvəz edilsin;

1.1.11. 5.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.2.4. müvəkkil bank zəmanət üçün müraciət etdikdə, müvafiq sənədləri elektron sistem vasitəsilə Fonda təqdim edir. Hər hansı sənəd üzrə məlumatların elektron sistem vasitəsilə alınması mümkün olmadıqda, borcalan həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədin surətini elektron sistemdə həmin gün yerləşdirməlidir. Təqdim olunan sənədlər aşağıdakılardır:”;

1.1.12. 5.2.4-cü yarımbəndin on üçüncü abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 5.2.5-ci yarımbənd ləğv edilsin;

1.1.13. 5.3-cü bənddə “səlahiyyətli orqanı” sözləri “İdarə Heyəti” sözləri ilə əvəz edilsin;

1.1.14. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.4. Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı 10 (on) iş günü müddətində qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.”;

1.1.15. 5.6-cı bənddə ikinci halda “və” sözü “və ya” sözləri ilə, “yazılı” sözü “elektron sistem vasitəsilə” sözləri ilə əvəz edilsin;

1.1.16. 5.7-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:

“5.7. Fondun qərarı müsbət olduqda, 3 (üç) iş günü müddətində müvəkkil banka zəmanətlə bağlı yazılı məlumat təqdim edilir və bu qərar elektron sistemdə yerləşdirilir. Zəmanətlə bağlı məlumat müvəkkil bank və müştəri arasında bağlanan kredit müqaviləsində qeyd olunur və zəmanət kredit müqaviləsinin imzalandığı tarixdən qüvvəyə minir.”;

1.1.17. 5.8-ci bəndə “təqdim edilir” sözlərindən sonra “və elektron sistemdə yerləşdirilir” sözləri əlavə edilsin;

1.1.18. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.2. Hər bir müraciət üçün müvəkkil bank tərəfindən zəmanət məbləğinin 0.1%-i (maksimum 50 (əlli) manat) həcmində xidmət haqqı ödənilir.";

1.1.19. 8.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.5. Birdəfəlik komissiya zəmanətin qüvvəyə mindiyi tarixə olan məbləği üzrə hesablanır. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. Birdəfəlik və illik komissiyaların, habelə xidmət haqqının ödənilməsi qaydası müvəkkil bank və Fond arasında bağlanmış çərçivə müqaviləsi ilə tənzimlənir.”;

1.1.20. 8.6-cı bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“8.6. Müvəkkil bank hər ay üzrə birdəfəlik və illik komissiya, habelə xidmət haqqı barədə hesabatını həmin aydan sonrakı 5 (beş) iş günü müddətində elektron sistem vasitəsilə Fonda təqdim edir.”

1.1.21. 8.7-ci bənd ləğv edilsin;

1.1.22. 9.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.5. Fond, bu Qaydanın 9-cu və 10-cu hissələrində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar verir və müvəkkil banka bu barədə yazılı bildiriş göndərir. Bildiriş əsasında müvəkkil bank 3 (üç) iş günü müddətində borcalana münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və ya adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.”;

1.1.23. 9.6-cı bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond 3 (üç) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil bankın hesabına köçürür.”;

1.1.24. 9.9-cu bənddə “çərçivə müqaviləsi” sözlərindən sonra “qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin və bənddən “müvəkkil banka” sözləri çıxarılsın;

1.1.25. 9.10-cu bənddə “tələb hüququ müvəkkil banka keçir” sözləri “zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil banka geri qaytarır” sözləri ilə əvəz edilsin;

1.1.26. 10.1-ci və 10.2-ci bəndlərdə “yığımlar” sözü “Fonda daxil olan vəsaitlər” sözləri ilə əvəz edilsin;

1.1.27. 10.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.5. Müvəkkil banka yeni zəmanət verilməsi bu Qaydanın 10.3.1–10.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hallar aradan qalxdıqda, 10.3.4-cü yarımbənddə qeyd edilən halın baş verməsindən isə 3 (üç) ay keçdikdə yenidən bərpa olunur.”;

1.1.28. 10.6.1-ci yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"10.6.1. müvəkkil bankın həmin kredit üzrə zəmanətin ləğv edilməsi barədə elektron sistem vasitəsilə müraciəti olduqda və ya zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış xidmət haqları və komissiyaların ödənişi 1 (bir) aydan çox gecikdirildikdə.";

1.1.29. 10.6.3-cü yarımbənddə “şərtləri” sözündən sonra “Fondun müəyyən etdiyi formaya uyğun olmadıqda və ya” sözləri əlavə edilsin;

1.1.30. 10.6.4-cü yarımbəndə “müvəkkil bank” sözlərindən sonra “kredit müqaviləsinə uyğun olaraq” sözləri əlavə edilsin;

1.1.31. 10.6.5-ci yarımbənddə “aşkarlandıqda” sözü “və ya zəmanət verilmiş kreditin təyinatı üzrə istifadə edilməməsinə şərait yaratdığı aşkarlandıqda və bu, məhkəmə qərarı ilə təsdiq edildikdə” sözləri ilə əvəz edilsin;

1.1.32. 10.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.7. Müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər.”;

1.1.33. 10.9-cu bənddən “rüblük əsaslarla” sözləri çıxarılsın;

1.1.34. 10.10-cu bənd ləğv edilsin;

1.1.35. 11.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“11.1. Fondun Himayəçilik Şurası hər bir müvəkkil bank üzrə zəmanətin maksimum limitinin (bundan sonra – limit) müəyyənləşdirilməsi qaydasını təsdiq edir.”;

1.1.36. 11.2-ci bənddə “sifarişlərini” sözü “müraciətlərini” sözü ilə əvəz edilsin;

1.1.37. 11.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“11.3. Fondun İdarə Heyəti hər bir müvəkkil bank üzrə limiti aşağıdakılar nəzərə alınmaqla Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edir:”;

1.1.38. 11.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“11.11. Çərçivə müqaviləsi ləğv edildikdə, həmin bank üzrə ayrılmış limitin istifadə olunmamış hissəsi bu Qaydanın 11.7-ci bəndinə müvafiq olaraq digər müvəkkil banklar arasında bölüşdürülür.”;

1.1.39. 12.1-ci bənddə “Cəmiyyətin” sözü “Fondun” sözü ilə, “Cəmiyyət” sözü isə “Fond” sözü ilə əvəz edilsin;

1.1.40. 13-cü hissənin adı aşağıdakı redaksiyada verilsin:

“13. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi”;

1.1.41. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“13.1. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlər həmin kredit üzrə zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq Fonda, bu vəsaitlərin qalan hissəsi isə müvəkkil banka ödənilir.”;

1.1.42. 13.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“13.3. Zəmanət verilmiş krediti olan borcalanın müvəkkil bankda bir neçə krediti olduqda, bu kreditlər üzrə daxil olan vəsaitlər aşağıdakı hallarda müvəkkil bank tərəfindən zəmanət verilmiş kredit üzrə ödənişlərin həyata keçirilməsinə yönəldilir:

13.3.1. zəmanət verilmiş kredit gecikmədə olduqda həmin kredit gecikmədən çıxanadək;

13.3.2. zəmanət verilmiş kredit üzrə zəmanət ödənişi həyata keçirildikdə, həmin kredit tam ödənilənədək.”;

1.1.43. 13.4-cü bənd ləğv edilsin;

1.1.44. 13.5-ci bənddə “13.4-cü” sözləri “13.3-cü” sözləri ilə əvəz edilsin;

1.1.45. 13.7-ci bənddə “Müvəkkil bank tərəfindən” sözləri “Fondun” sözü ilə əvəz edilsin;

1.1.46. aşağıdakı məzmunda 14-cü hissə əlavə edilsin:

“14. Keçid müddəa

Elektron sistem fəaliyyətə başlayanadək bu Qaydanın 5.4–5.8-ci və 8.6-cı bəndlərində və 5.2.1–5.2.4-cü və 10.6.1-ci yarımbəndlərində elektron sistem vasitəsilə edilməsi nəzərdə tutulmuş əməliyyatlar yazılı formada həyata keçirilməlidir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” üzrə:

1.2.1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Risklərin idarə edilməsi Fondun İdarə Heyəti, İdarə Heyətinin sədri tərəfindən yaradılan risklərin idarə edilməsi üzrə daxili komitə və digər məsul struktur bölmələr tərəfindən həyata keçirilir.”;

1.2.2. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Borcalanın kredit reytinqi Fondun kredit reytinqi modeli əsasında müəyyən olunur.”;

1.2.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Zəmanətin kreditə nisbəti və illik komissiyanın müəyyən edilməsi

7.1. Zəmanətin kreditə nisbəti (örtülmə əmsalı) müəyyən edilərkən bu Qaydanın 6.2-ci bəndinə əsasən müəyyən olunmuş risk kateqoriyası nəzərə alınmaqla, aşağıdakı cədvəldə göstərilən təminatın kreditə nisbəti (aşağı, orta və yuxarı) əsas götürülür:

 Təminatın kreditə nisbəti

Risk kateqoriyası

Ortariskli

Aşağıriskli

Aşağı

75%-dək

70%-dək

Orta

70%-dək

65%-dək

Yuxarı

65%-dək

60%-dək

7.2. Fondun kredit reytinqi modelinin nəticələrinə görə “yüksəkriskli” kateqoriyaya aid olan kreditlərə zəmanət verilmir.

7.3. Zəmanət məbləği bu Qaydanın 7.1-ci bəndində müəyyən olunmuş zəmanətin kreditə nisbəti nəzərə alınmaqla müvəkkil bankın müraciəti əsasında təyin edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti, müvəkkil bankın müraciəti əsasında, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda müəyyən edilmiş həddə qədər azaldıla bilər. Bu zaman zəmanətə görə illik komissiya dəyişdirilmir.

7.4. Təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

7.5. İllik komissiyanın həcmini Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən Fondun İdarə Heyəti müəyyən edir.";

1.2.4. 8.2.3-cü yarımbəndin birinci abzasından “səlahiyyətli orqanının” sözləri çıxarılsın;

1.2.5. 8.4-cü bənddə “90%-indən” sözləri “Fondun İdarə Heyəti tərəfindən müəyyən edilən müvafiq həddindən” sözləri ilə əvəz edilsin;

1.2.6. 8.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.8. Fond risklərin idarə edilməsi sisteminin effektivliyini mütəmadi olaraq qiymətləndirir və onun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür.”;

1.2.7. 9.1-ci bəndə “Müvəkkil banklar” sözlərindən sonra “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə” sözləri əlavə edilsin;

1.2.8. 9.1.5-ci yarımbənd ləğv edilsin və 9.1.4-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

1.2.9. 9.2-ci bənddən “, 9.1.5-ci yarımbəndində nəzərdə tutulan məlumatlara dair hesabatlar isə rüblük əsasda” sözləri çıxarılsın;

1.2.10. 9.3-cü bənddən “dövri” sözü çıxarılsın;

1.2.11. aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. Keçid müddəa

Elektron sistem fəaliyyətə başlayanadək bu Qaydanın 9.1-ci bəndində elektron sistem vasitəsilə təqdim edilməsi nəzərdə tutulmuş hesabatlar yazılı formada təqdim edilməlidir.”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə:

1.3.1. 2.1-ci bənddə “ödənilmiş” sözü “ödənilməli olan” sözləri ilə əvəz edilsin;

1.3.2. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Fondun Himayəçilik Şurası hər bir müvəkkil bank üzrə faiz subsidiyasının maksimum limitinin müəyyənləşdirilməsi qaydasını təsdiq edir.”;

1.3.3. 4.2-ci bəndə “prosedurlara uyğun olaraq” sözlərindən sonra “Fondun İdarə Heyəti tərəfindən” sözləri əlavə edilsin;

1.3.4. 5.1-ci bəndə “müvəkkil bank” sözlərindən sonra “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə” sözləri əlavə edilsin;

1.3.5. 5.1.1-ci yarımbəndə “müvəkkil banka” sözlərindən sonra “elektron sistem vasitəsilə” sözləri əlavə edilsin;

1.3.6. 5.2-ci bəndə “müvəkkil bankın” sözlərindən sonra “elektron sistem vasitəsilə” sözləri əlavə edilsin;

1.3.7. 5.4-cü bəndə “borcalanın” sözündən sonra “elektron sistem vasitəsilə” sözləri əlavə edilsin;

1.3.8. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“5.6. Fond faiz subsidiyasının verilməsinə və onun həcminə dair müvafiq qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir. Aşağıdakı hallarda faiz subsidiyasının verilməsindən imtina olunur:

5.6.1. ödənilməli olan faiz subsidiyasının məbləği müvəkkil bank üçün müəyyən edilmiş faiz subsidiyası limitinin istifadə edilməmiş hissəsindən çox olduqda;

5.6.2. faiz subsidiyasının verilməsi üçün müraciət olunan kredit üzrə zəmanət verilməsindən imtina edildikdə;

5.6.3. faiz subsidiyasının verilməsi üçün müraciət bu Qaydanın 3-cü hissəsində müəyyən olunmuş hallara uyğun olmadıqda.”;

1.3.9. 6.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“6.1. Müvəkkil bank hər ayın 5-dək hesablanmış faizlərin faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti elektron sistem vasitəsilə Fonda təqdim edir.”;

1.3.10. 6.2.1-ci və 6.2.2-ci yarımbəndlərdən “borcalana” sözü çıxarılsın;

1.3.11. 6.4-cü bənd ləğv edilsin;

1.3.12. 7.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.1. faiz subsidiyasının ödənilməsinə dair müvəkkil bankın elektron sistem vasitəsilə Fonda müraciət tarixinə 1 iş günü qalanadək borcalanın müvəkkil bankda olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək);”;

1.3.13. 7.1.2-ci yarımbənddə “rübün sonuna” sözləri “faiz subsidiyasının ödənilməsinə dair müvəkkil bankın elektron sistem vasitəsilə Fonda müraciət tarixinə 1 iş günü qalanadək” sözləri ilə əvəz edilsin;

1.3.14. 7.2-ci bənddən “borcalana” sözü çıxarılsın və “müvəkkil banka” sözləri “müvəkkil bankın hesabına” sözləri ilə əvəz edilsin;

1.3.15. 7.3.1-ci yarımbənddə “borcalanın” sözündən sonra “və müvəkkil bankın” sözləri əlavə edilsin;

1.3.16. 7.3.5-ci yarımbənd ləğv edilsin və 7.3.4-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

1.3.17. 7.4-cü bəndə “bu barədə” sözlərindən sonra “elektron sistem vasitəsilə” sözləri əlavə edilsin;

1.3.18. aşağıdakı məzmunda 9-cu hissə əlavə edilsin:

“9. Keçid müddəa

Elektron sistem fəaliyyətə başlayanadək bu Qaydanın 5.1-ci, 5.2-ci, 5.4-cü, 5.6-cı, 6.1-ci və 7.4-cü bəndlərində və 5.1.1-ci, 7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində elektron sistem vasitəsilə edilməsi nəzərdə tutulmuş əməliyyatlar yazılı formada həyata keçirilməlidir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2018-ci il.

3 May 2018, 08:05

http://www.azertag.az

4841—4850 / 10511

6 Sentyabr 2017, 10:09

Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

6 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında   ətraflı...

6 Sentyabr 2017, 09:09

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

6 Sentyabr 2017, 09:09

Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

6 Sentyabr 2017, 09:09

Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

6 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

5 Sentyabr 2017, 09:09

Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Sentyabr 2017, 09:09

Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Sentyabr 2017, 09:09

Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Avqust 2017, 09:08

Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...