“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1013-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1013-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2018-ci il.

1 May 2018, 08:05

http://www.azertag.az

9161—9170 / 10511

26 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 04 saylı müraciətə baxılmasına dair   ətraflı...

26 Noyabr 2014, 09:11

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 06 saylı müraciətə baxılmasına dair   ətraflı...

26 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 21 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

25 Noyabr 2014, 09:11

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

25 Noyabr 2014, 09:11

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə   ətraflı...

24 Noyabr 2014, 09:11

Rumıniyanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Klaus İohannisə   ətraflı...

24 Noyabr 2014, 09:11

Livan Respublikası Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Tammam Salama   ətraflı...

24 Noyabr 2014, 09:11

Председателю Совета Министров Ливанской Республики Его превосходительству господину Таммаму Саламу   ətraflı...

24 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...