“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12, maddələr 948, 968; 2014, № 10, maddə 1151) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.2-ci, 1.0.3-cü, 1.0.12-ci, 1.0.13-cü, 5.4-cü, 5.5-ci, 10.1-ci, 27.1-ci (hər iki halda) maddələrdə, 28-ci maddənin adında, 28.1-ci (hər iki halda), 28.2-ci (hər iki halda) maddələrdə, 29-cu maddənin adında, 29.1-ci, 29.2-ci maddələrdə, 30-cu maddənin adında, 30.1-ci və 30.2-ci maddələrdə “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilsin;
1.2. 1-ci maddə üzrə:
1.2.1. 1.0.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“1.0.9. baytarlıq sənədləri – baytarlıq fəaliyyəti sahəsində bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr;”;
1.2.2. 1.0.10-cu maddədən “və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem istehsalçılarının” sözləri çıxarılsın;
1.2.3. 1.0.13-cü maddədə “qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya)” sözləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya” sözləri ilə əvəz edilsin və maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.2.4. aşağıdakı məzmunda 1.0.14-cü və 1.0.15-ci maddələr əlavə edilsin:
“1.0.14. heyvan mənşəli məhsullar – insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsullar;
1.0.15. heyvan mənşəli xammal – gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları.”;
1.3. 5-ci maddə üzrə:
1.3.1. 5-ci maddənin adında, 5.1-ci, 5.2-ci və 5.3-cü maddələrdə “fəaliyyəti” sözü “xidməti” sözü ilə əvəz edilsin;
1.3.2. 5.5-ci maddədə “qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya)” sözləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya” sözləri ilə əvəz edilsin;
1.3.3. aşağıdakı məzmunda 5.6-cı maddə əlavə edilsin:
“5.6. Dövlət baytarlıq xidmətini bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan qurumlar həyata keçirir.”;
1.4. 6.0.3-cü, 7.2-ci, 7.3-cü, 7.4-cü, 8-ci, 11.2.6-cı, 12.0.2-ci, 12.0.4-cü, 12.0.8-ci, 13.1.2-ci, 13.1.3-cü və 15.3.2-ci maddələr ləğv edilsin;
1.5. 6.0.10-cu maddəyə “xidmətinin” sözündən əvvəl “nəzarətinin və” sözləri əlavə edilsin;
1.6. 10.2-ci maddədə “Dövlət baytarlıq xidməti” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
1.7. 12-ci maddə üzrə:
1.7.1. 12.0.3-cü maddədən “patoloji material və ya diaqnostika,” sözləri çıxarılsın;
1.7.2. 12.0.9-cu maddədən “şəhadətnamə,” sözü çıxarılsın;
1.8. 13-cü maddə üzrə:
1.8.1. adında, 13.2-ci və 13.3-cü maddələrdə “Dövlət baytarlıq orqanlarının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;
1.8.2. 13.1-ci maddədə “Dövlət baytarlıq nəzarəti orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə və “edirlər” sözü “edir” sözü ilə əvəz edilsin;
1.9. 14-cü maddə üzrə:
1.9.1. 14.1-ci maddənin birinci cümləsindən “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri və ikinci cümləsi çıxarılsın;
1.9.2. 14.5-ci və 14.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:
“14.5. İnsanların qidalanması, heyvanların yemlənməsi və ya əczaçılıq, kənd təsərrüfatı və sənayedə istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.
14.6. Azərbaycan Respublikasından ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara idxalçı ölkələr tələb etdiyi halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq sahəsində beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış beynəlxalq baytarlıq sertifikatı verilir.”;
1.10. 15.1-ci və 15.2.3-cü maddələrdən “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri çıxarılsın;
1.11. IV fəslin adında “təbabətinin” sözü “fəaliyyətinin” sözü ilə əvəz edilsin;
1.12. 19-cu maddə üzrə:
1.12.1. 19.0.6-cı maddədə “dövlət baytarlıq nəzarəti orqanlarına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin;
1.12.2. 19.0.7-ci maddədə “dövlət baytarlıq xidmətinə” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin;
1.13. 26-cı maddə üzrə:
1.13.1. adına “identikləşdirilməsi” sözündən sonra “və qeydiyyatı” sözləri əlavə edilsin;
1.13.2. 26.1-ci maddəyə “heyvanlarının” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin;
1.13.3. 26.2-ci maddədə “identikləşdirilməsi” sözü “qeydiyyatı” sözü ilə, “qanunvericiliklə müəyyən edilmiş” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri ilə əvəz edilsin;
1.14. 29.1.4-cü, 29.1.6-cı, 29.2.3-cü, 29.2.4-cü və 29.2.5-ci maddələrdə “dövlət baytarlıq” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilsin;
1.15. 33.7-ci maddədə “təbabətində” sözü “xidmətində” sözü ilə əvəz edilsin;
1.16. 39.2.2-ci maddəyə “heyvanların” sözündən sonra “identikləşdirilməsi (kodlaşdırılması)” sözləri əlavə edilsin və həmin maddədə “identikləşdirilməsi (kodlaşdırılması) xərcləri” sözləri “qeydiyyatı xərcləri” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il.
1 May 2018, 08:056 Mart 2014, 09:03
Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
6 Mart 2014, 09:03
Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...