“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə və onların tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlarla bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını bir ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin qeydiyyatı qaydasını bir ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanunun 39.2.4-cü maddəsinə uyğun olaraq, xüsusi təhlükəli heyvan xəstəliklərinin siyahısını iki ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.8 – 1.21-ci, 2.4-cü bəndlər və 3-cü hissə ləğv edilsin;
2.2. 1.71-ci bənddən “15.3.2-ci,” sözləri çıxarılsın;
2.3. 2.1-ci bənddən “7.2-ci,” sözləri çıxarılsın;
2.4. 2.2-ci bənddə “7.3-cü (ikinci halda), 13.2-ci” sözləri “1.0.4-cü, 13.2-ci (ikinci halda)” sözləri ilə, “26.1-ci, 26.2-ci, 29.1.6-cı” sözləri “26.1-ci (birinci halda), 26.2-ci (ikinci halda), 29.1.6-cı (birinci halda)” sözləri ilə, “və 39.2-ci” sözləri “, 39.2-ci və 39.2.4-cü” sözləri ilə əvəz edilsin, həmin bənddən “8.1.2-ci, 8.1.3-cü, 8.1.4-cü, 8.1.8-ci, 8.2.7-ci, 8.2.16-cı, 13.1.2-ci, 13.1.3-cü,” və “, 8.1.12-ci maddəsində (müvafiq qaydaların təsdiq edilməsi hissəsində), 8.1.14-cü maddəsində (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada)” sözləri çıxarılsın;
2.5. 2.3-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;
2.6. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. həmin Qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;”;
2.7. 2.6-cı bənddə “və 8.1.11-ci maddələrində” sözləri “maddəsində” sözü ilə, bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.8. aşağıdakı məzmunda 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin:
“2.7. həmin Qanunun 1.0.6-cı, 5.4-cü (ikinci halda), 9.1.3-cü, 9.2-ci, 10.2-ci, 11.1-ci, 13-cü maddəsinin adında, 13.1-ci, 13.2-ci (birinci halda), 13.3-cü, 14.6-cı, 14.9-cu, 18.4-cü, 18.6-cı (ikinci halda), 19.0.6-cı, 19.0.7-ci, 22.1-ci, 26.1-ci (ikinci halda), 26.2-ci (birinci halda), 28.2-ci (hər iki halda), 29.1.4-cü, 29.1.6-cı (ikinci halda), 29.2.3-cü, 29.2.4-cü və 29.2.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;
2.8. həmin Qanunun 24.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, ikinci halda yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Fərmanın 2-ci hissəsi 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2018-ci il.
1 May 2018, 08:0525 Aprel 2023, 12:04
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Aprel 2023, 15:04
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Aprel 2023, 15:04
“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Aprel 2023, 15:04
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Aprel 2023, 15:04
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Aprel 2023, 11:04
M.Q.İbrahimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Aprel 2023, 11:04
A.Y.Rəhimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Aprel 2023, 13:04
A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Aprel 2023, 13:04
A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Aprel 2023, 12:04
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...