“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli № 832-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 14-cü maddənin ikinci abzasında “dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri ilə əvəz edilsin;

1.2. 20-ci maddə ləğv edilsin;

1.3. 27-ci maddə üzrə:

1.3.1. 5-ci abzasdan “və qida zəhərlənmələrinin” sözləri çıxarılsın;

1.3.2. 8-ci abzasdan “ərzaq məhsulları və” sözləri çıxarılsın;

1.4. 28-ci maddədə “sanitariya qaydaları” sözlərindən əvvəl “qida məhsulları istisna olmaqla,” sözləri əlavə edilsin;

1.5. 34-cü maddənin 1-ci hissəsi üzrə:

1.5.1. 1-ci bənddə “mülkiyyət formasından asılı olmayaraq,” sözlərindən sonra “qida məhsullarının və xammalının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;

1.5.2. 3-cü bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin, həmin abzasdan “ərzaq xammalının və qida məhsullarının istehsalını, daşınmasını, saxlanmasını və satılmasını,” sözləri çıxarılsın;

1.5.3. 6-cı bəndin əvvəlinə “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin, həmin bənddən “, ərzaq xammalı və qida məhsulları” sözləri çıxarılsın;

1.5.4. 7-ci bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;

1.5.5. 8-ci bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində fəaliyyət göstərən şəxslər istisna olmaqla” sözləri əlavə edilsin;

1.5.6. 9-cu bəndin əvvəlinə “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;

1.5.7. 10-cu bənddən “qida məhsullarını,” sözləri çıxarılsın;

1.5.8. 14-cü bənddən “və zəhərlənməsi” sözlərindən sonra “(qida zəhərlənmələri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.6. 39-cu maddə üzrə:

1.6.1. 2-ci abzasdan “qida məhsullarının,” sözləri çıxarılsın;

1.6.2. 4-cü abzasdan “yeni növ xammala” sözlərindən əvvəl “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin, həmin abzasdan “ərzaq xammalına, qida məhsullarına” sözləri çıxarılsın;

1.6.3. 5-ci abzasda “və idarələr ilə razılaşdırmadan” sözlərindən sonra “qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilsin;

1.6.4. 8-ci abzasda “yeni növ xammalın” sözlərindən əvvəl “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin, həmin abzasdan “ərzaq xammalının, qida məhsullarının,” sözləri çıxarılsın;

1.6.5. 9-cu və 10-cu abzasları çıxarılsın;

1.6.6. 12-ci abzasda “mərkəzləşdirilmiş” sözündən əvvəl “qida məhsulları və xammalı istisna olmaqla” sözləri əlavə edilsin;

1.6.7. 16-cı abzasdan “, iaşə və” sözləri çıxarılsın.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

1 May 2018, 08:05

http://www.azertag.az

8411—8420 / 10511

21 May 2015, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

21 May 2015, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

20 May 2015, 09:05

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

20 May 2015, 09:05

Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında   ətraflı...

20 May 2015, 09:05

Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında   ətraflı...

20 May 2015, 09:05

M.M.Əliyevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

20 May 2015, 09:05

Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın iləəlaqədar Dövlət Komissiyasının yaradılması haqqında   ətraflı...

20 May 2015, 09:05

A.V.Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

18 May 2015, 09:05

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında   ətraflı...

18 May 2015, 09:05

İ.Ə.Mustafayevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında   ətraflı...