“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655; 2007, № 6, maddə 595; 2009, № 12, maddələr 948, 954, 968; 2011, № 2, maddə 71; 2014, № 10, maddə 1150; 2016, № 6, maddə 1013; 2017, № 5, maddə 713) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:

“1.0.1-1. fitosanitar xidmətləri – bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədilə fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında fitosanitar karantin baxışının və müayinəsinin aparılması, bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması və aqrokimyəvi xidmətlərin göstərilməsi;”;

1.2. 3-cü maddənin adına “nəzarətinin” sözündən sonra “və xidmətinin” sözləri, 3.0-cı maddəyə “nəzarəti” sözündən sonra “və xidməti” sözləri əlavə edilsin;

1.3. 3.0.3-cü və 4.0.4-cü maddələrə “istehsalı,” sözündən sonra “yığılması,” sözü əlavə edilsin;

1.4. 7-ci maddə üzrə:

1.4.1. 7.0.3-cü, 7.0.5-ci və 7.0.8-ci maddələr ləğv edilsin;

1.4.2. 7.0.7-ci maddədə “xidmətinin beynəlxalq təşkilatların tələbləri və tövsiyələri əsasında formalaşdırılması, bu sahədə” sözləri “sahəsində” sözü ilə əvəz edilsin;

1.4.3. 7.0-cı maddə 7.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 7.2-ci maddə əlavə edilsin:

“7.2. Azərbaycan Respublikasında fitosanitar nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”;

1.5. 8-ci, 9-cu, 10-cu və 13.3-cü maddələr ləğv edilsin;

1.6. 12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (birinci cümlədə), 13.5-ci, 13.6-cı, 14.3 cü, 15.2-ci, 16.1-ci, 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 19.2-ci, 23.3-cü, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci, 32.1-ci və 34.2.1-ci maddələrdə ismin müvafiq hallarında “dövlət fitosanitar nəzarəti xidməti” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

1.7. 13.1-ci maddənin birinci cümləsindən “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri və dördüncü cümləsi çıxarılsın;

1.8. 13.2-ci (ikinci cümlədə) və 19.1-ci maddələrdə “Dövlət fitosanitar nəzarəti xidməti” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

1.9. 14.1-ci maddəyə “məhsullarının” sözündən sonra “, idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda,” sözləri əlavə edilsin;

1.10. 25-ci maddə üzrə:

1.10.1. 25.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

1.10.2. “Dövlət fitosanitar xidmətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərilir.”;

1.10.3. 25.2-ci maddədə “dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin;

1.10.4. 25.3-cü maddə ləğv edilsin;

1.11. 26.2-ci maddədən “dövlət” sözü çıxarılsın;

1.12. 34-cü maddə üzrə:

1.12.1. adına “xidmətinin” sözündən əvvəl “nəzarətinin və” sözləri əlavə edilsin;

1.12.2. 34.1-ci maddədə “Dövlət fitosanitar nəzarəti xidmətinin” sözləri “Dövlət fitosanitar xidmətlərinin” sözləri ilə əvəz edilsin;

1.12.3. 34.3-cü maddəyə “fitosanitar” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin.

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

1 May 2018, 08:05

http://www.azertag.az

10281—10290 / 10511

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında   ətraflı...

14 Fevral 2014, 08:02

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Fevral 2014, 08:02

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...