“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə uyğun olaraq fitosanitar nəzarətində olan karantin obyekti hesab edilən bitkilərin və bitkiçilik məhsullarının siyahısını iki ay müddətində müəyyənləşdirib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 667; 2007, № 6, maddə 613; 2010, № 3, maddə 186, № 5, maddə 402; 2014, № 11, maddə 1393; 2015, № 2, maddə 133; 2016, № 6, maddə 1041, № 12, maddə 2094) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.6 – 1.8-ci, 1.10-cu, 2.1-ci, 2.3-cü, 2.6-cı və 3.1-ci bəndlər ləğv edilsin;
2.2. 2.2-ci bənddə “həmin Qanunun 6.2-ci, 8.4-cü, 8.5-ci, 13.1-ci, 16.4-cü və 19.3-cü (həmin Qanunun 16.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri daxilində)” sözləri “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci, 6.2-ci, 13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci, 16.4-cü, 19.2-ci (ikinci halda), 19.3-cü” sözləri ilə, “7.0.6-cı” sözləri isə “7.1.6-cı” sözləri ilə əvəz edilsin;
2.3. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin Qanunun 23.3-cü, 25.1-ci, 25.2-ci və 33.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;”;
2.4. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.7. həmin Qanunun 7.2-ci, 12.1.1-ci, 12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (hər iki halda), 13.5-ci, 13.6-cı maddələrində, 13.8-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 15.2-ci, 16.1-ci (birinci halda), 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 18.1-ci, 19.1-ci, 19.2-ci (birinci halda), 20.3-cü, 20.4-cü, 20.6-cı, 21.1-ci, 24.3-cü, 27.1.1-ci, 27.1.2-ci, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci (hər iki halda), 28.3-cü, 29.7-ci, 30.5-ci, 32.1-ci, 32.3-cü və 34.2.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;”;
2.5. həmin Qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Fərmanın 2-ci hissəsi 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2018-ci il.
1 May 2018, 08:0514 Oktyabr 2014, 09:10
“Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...
14 Oktyabr 2014, 09:10
Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri iləəlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair ətraflı...
14 Oktyabr 2014, 09:10
R.H.Abdullayevə və Ç.Ə.Məmmədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
İ.N.Əliyevə və E.X.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
N.S.Hacıyevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
13 Oktyabr 2014, 09:10
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə ətraflı...
13 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
9 Oktyabr 2014, 15:10
Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında ətraflı...