Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 6.13-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“6.13. Təhsilalanların attestasiyasının aparılması qaydasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.
24 Aprel 2018, 08:044 İyul 2017, 09:07
Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
3 İyul 2017, 09:07
İ.Ə.Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
30 İyun 2017, 09:06
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...
30 İyun 2017, 09:06
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...