“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.4-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 23.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən 4.0.4-cü (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə) və 4.0.15-ci (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə) və 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.14-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsil müəssisələrində tibbi xidməti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
1.5. həmin Qanunun 4.0.4-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
1.6. həmin Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən öz tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə 4.0.8-ci, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin işçilərin attestasiyasını həyata keçirmək üzrə) və 4.0.14-cü (dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin etmək üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri, həmçinin 4.0.15-ci maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə vəzifəni yerli icra hakimiyyəti orqanları (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyəti) həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəni həyata keçirəcək icra hakimiyyəti orqanı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1087) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bənddə “(məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə)” sözlərindən sonra vergül işarəsi qoyulsun, “və” sözü çıxarılsın və “(məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə)” sözlərindən sonra “və 4.0.4-cü maddəsində (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə)” sözləri əlavə edilsin;
4.2. 2.2-ci bənddə “23.1-ci” sözlərindən sonra “, 23.7-ci” sözləri, “4.0.6-cı” sözlərindən əvvəl “4.0.4-cü (məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə),” sözləri, “və 4.0.19-cu” sözlərindən əvvəl “, 4.0.15-ci (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə)” sözləri əlavə edilsin;
4.3. 2.4-cü bənddə “15.3-cü maddəsində” sözləri “15.3-cü və 23.3-cü maddələrində” sözləri ilə əvəz edilsin, “4.0.13-cü” sözlərindən əvvəl “4.0.8-ci, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin işçilərinin attestasiyasını həyata keçirmək üzrə),” sözləri, “və 4.0.16-cı” sözlərindən əvvəl “, 4.0.14-cü (dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin etmək üzrə)” sözləri, “həyata keçirirlər” sözlərindən əvvəl “, 4.0.15-ci maddəsində (məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə) nəzərdə tutulmuş vəzifəni yerli icra hakimiyyəti orqanları (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyəti)” sözləri əlavə edilsin;
4.4. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci, 2.6-cı, 2.7-ci bəndlər əlavə edilsin:
“2.5. həmin Qanunun 4.0.7-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə) və 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.6. həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.14-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsil müəssisələrində tibbi xidməti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 4.0.4-cü maddəsində nəzərdə tutulmuş məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.
24 Aprel 2018, 08:0430 Oktyabr 2013, 08:10
Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 İyul 2013, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
5 İyul 2013, 09:07
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 İyul 2013, 09:07
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2013, 09:06
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba ətraflı...
25 İyun 2013, 09:06
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 Dekabr 2012, 16:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi ətraflı...
26 Dekabr 2012, 14:12
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı ətraflı...