Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, №11, maddə 1964, 1966, 1969, 1979; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 847-VQD, 851-VQD nömrəli, 17 noyabr tarixli 857-VQD, 870-VQD, 874-VQD, 876-VQD, 882-VQD nömrəli, 1 dekabr tarixli 898-VQD, 901-VQD, 913-VQD nömrəli, 15 dekabr tarixli 949-VQD nömrəli və 29 dekabr tarixli 969-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 322.0.2-ci maddəyə “olmadan” sözündən sonra “, habelə nasaz və ya plombu pozulmuş taksometrlə” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 326-1-ci maddə əlavə edilsin:
“Maddə 326-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydaları pozulmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi
326-1.1. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarının pozulmasına, yəni həmin daşımaların:
326-1.1.1. taxoqraf olmadan yerinə yetirilməsinə;
326-1.1.2. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə;
326-1.1.3. tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə;
326-1.1.4. taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə;
326-1.1.5. taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
326-1.2. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə –
əlli manat məbləğində cərimə edilir.”;
1.3. 342.1.10-cu maddə ləğv edilsin.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanunun 1.1-ci və 1.2-ci maddələri 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
2.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət həmin maddənin bu Qanunla verilmiş yeni redaksiyası qüvvəyə mindikdən sonra yaranır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il.
24 Aprel 2018, 08:0414 Fevral 2014, 09:02
Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında ətraflı...
14 Fevral 2014, 08:02
“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
13 Fevral 2014, 08:02
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...