Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair
15 aprel 2014-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov(məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
maraqlı subyektlərin nümayəndələri Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Mahir Abbasovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Cinayət prosesi kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru Midhəd Qəfərovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şəki Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəki Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, zərər çəkmiş şəxsin (zərər çəkmiş şəxs və ya zərər çəkmiş şəxsin hüquqi varisi) hüquqi statusunun müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 12.2-ci maddəsinin “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs”,87.2-ci maddəsinin“törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər”və 106.1-ci maddəsinin “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur”müddəalarınınAzərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 68 və 71-ci maddələri baxımından şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki, məhkəmənin icraatında olan Y.Hüseynin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra– CM) 222.2 və 222.3-cü maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə ibtidai istintaq orqanının 30 avqust 2013-cü il tarixli qərarınaəsasən mərhum İ.İsayevümumi mənada zərər çəkmiş şəxs kimi qəbul olunaraqarvadıZ.İsayeva isə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış və şahid kimi dindirilmişdir.
Məhkəmənin hazırlıq iclasında Z.İsayeva onunzərər çəkmiş şəxsin hüquqi varisi statusuna xitam verilməsi, zərər çəkmiş şəxs qismində tanınması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.Vəsatətonunla əsaslandırılmışdır ki, CPM-in 87.1-ci maddəsinə əsasəncinayət hadisəsi nəticəsində əri İ.İsayevin ölümü ilə ona birbaşa mənəvi və fiziki ziyan dəymişdir. Bu səbəbdənZ.İsayevaprosessual qaydadazərər çəkmiş şəxs kimi tanınmalı olduğu halda, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Bununla da o, CPM-in 106.6.1-ci maddəsində göstərilən şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququndan istifadə edə bilməməmişdir.
Müraciətdə qeyd edilmişdir ki, CPM-in 106.1-ci maddəsinin“hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur” və 87.2-ci maddəsinin“törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər” müddəalarındaqeyri-müəyyənlik vardır.Bu müddəalarda prosessual qaydada tanınmış zərər çəkmiş şəxsin və ya kriminal əməl nəticəsində ölmüş şəxsin nəzərdə tutulması aydın olmur. Cinayət-prosessual qanunvericiliyi “zərər çəkmiş şəxs” anlayışını bəzi hallarda “ölmüş şəxs” anlayışı ilə (CPM-in 119.4-cü maddəsi), bəzən prosessual qaydada tanınmış zərər çəkmiş şəxs kimi deyil, ümumi mənada kriminal əməl nəticəsində “ziyan (zərər) çəkmiş qurban” ilə (CPM-in 12.2-ci maddəsi) eyniləşdirir, bəzi hallarda isə “zərər çəkmiş şəxs” anlayışını “ölmüş şəxsə” (CPM-in 181.3-cü maddəsi) aid edir.Bu hallar isə zərər çəkmiş şəxs, eləcədə zərər çəkmiş şəxsin hüquqi varisi statusunun müəyyənləşdirilməsində, onların öz hüquq və vəzifələrindən istifadə etmələrində çətinliklər yaradır.
Müraciətdəhəmçinin göstərilir ki, CPM-in 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Normanın tələbindən görünür ki: a) zərər çəkmiş şəxs canlı fiziki şəxs olmalıdır; b) həmin şəxs mənəvi, fiziki, maddi zərər çəkməlidir; c) həmin zərər cinayət əməli nəticəsində yaranmalıdır.CPM-in 119.4-cü maddəsinə görə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu onun varisi olmaq istəyirsə, özünün zərər çəkmiş şəxs qismində tanınmasını tələb edə bilər.CPM-in 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərərçəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərərçəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.CPM-in 210.3-cü maddəsinə görə isə cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərərçəkmiş kimi tanınır.CPM-in 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.
Müraciətedənin qənaətinə görə“zərər çəkmiş şəxs” anlayışı canlı, fiziki şəxsə aid edilmiş və prosessual qaydada tanınmış “zərər çəkmiş şəxs”in ölmüş olmasını ehtiva etmir.CPM-in 12.2-ci maddəsində göstərilən “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs”,87.2-ci maddəsində göstərilən “törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs” və 106.1-ci maddəsində göstərilən “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxs”anlayışları qeyri-müəyyənlik yaratdığından CPM-in 87.1, 87.4, 119.4, 210.3-cü maddələrində göstərilmiş “zərər çəkmiş şəxs” anlayışları ilə ziddiyət təşkil edir.CPM-in 12.2,87.2 və 106.1-ci maddələrində olan qeyri-müəyyənlik nəticə etibarı ilə zərər çəkmiş şəxsin hüquqlarının pozulmasına gətirib çıxarır və Konstitusiya Məhkəməsi Plenumunun bir çox Qərarlarında hüquqi müəyyənlik prinsipinin mahiyyət və əhəmiyyəti barədə formalaşdırdığıhüquqi mövqeyə uyğun gəlmir.
Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiya əsas insan və vətəndaş hüquq və azadlıqlarını vacib və zəruri ictimai dəyər kimi özündə təsbit etməklə, cinayət mühakimə icraatının hüquqi əsaslarını da müəyyən etmişdir.
Zərər çəkmiş şəxsin xüsusi prosessual vəziyyətinin müəyyən edilməsi və onun pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi Konstitusiyada öz əksinitapmışdır.
Konstitusiyanın 60-cı maddəsinə əsasən dövlət hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Hər bir kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək yolu ilə öz hüquq və azadlıqlarını müdafiə edə bilər.
Konstitusiyanın 68-ci maddəsinin I hissəsində göstərilir ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır (Konstitusiyanın 71-ci maddəsinin I və II hissələri).
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə görə, hər bir insan Konstitusiyanın və ya qanunun ona verdiyi əsas hüquqların pozulması zamanı həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
BMT-nin Baş Assambleyası tərəfindən 29 noyabr 1985-ci ildə qəbul edilmiş“Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 4-cü bəndində göstərilmişdir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.Qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
Konstitusiya və beynəlxalq hüquqi sənədlərin yuxarıda qeyd edilən müddəaları dövlətin yalnız şəxsə zərər və mənəvi sarsıntı vuran cinayət əməllərinin qarşısını almaq vəzifəsini deyil, habelə cinayət əməli nəticəsində zərər çəkmiş şəxsin qanunla nəzərdə tutulmuş üsul və vasitələrlə öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək imkanını təmin etmək vəzifəsini nəzərdə tutur.
Bu baxımdan,“zərər çəkmiş şəxs” anlayışının cinayət hüquqi və cinayət-prosessual hüquqi anlayışlarıfərqləndirilməlidir.
Cinayət hüququnda zərərçəkmiş şəxs dedikdə, cinayət qanunu ilə qorunan ictimai münasibətlərin subyekti qismində çıxış edən və cinayət qanunu ilə nəzərdə tutulan fiziki, əmlak, mənəvi və digər ziyan vurulmuş şəxs başa düşülür.
Cinayət-prosessual hüququnda isə zərərçəkmiş şəxs dedikdə, cinayət əməli nəticəsində ziyan vurulduğu ehtimal olunan proses iştirakçısı nəzərdə tutulur.
Cinayət hüquqi mənada cinayətdən zərər çəkmiş şəxs anlayışı cinayət-prosessual hüquqi mənada zərər çəkmiş şəxs anlayışından geniş olmaqla, həm cinayət-prosessual mənada zərər çəkmiş qismində tanınmış şəxsi, həm də zərər çəkmiş şəxs qismində tanınana qədər cinayət nəticəsində və ya hər hansı başqa səbəbdən ölmüş şəxsi özündə ehtiva edir.
Cinayət əməli nəticəsində zərər çəkmiş şəxsin Konstitusiya və beynəlxalq-hüquqi sənədlərdə təsbit edilmiş hüquq və vəzifələriCPM-dəöz əksini tapmışdır.
CPM-in əsas anlayışlarını müəyyən edən 7-ci maddəsində cinayətdən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi və nümayəndəsinin anlayışı verilsədə, zərər çəkmiş şəxsin normativ-hüquqi anlayışı verilməmişdir. Lakin təhqiqatçı, müstəntiq, prokuror, xüsusi ittihamçı və mülki iddiaçı ilə birlikdə zərər çəkmiş şəxsin ittiham tərəfi olması göstərilmişdir (CPM-in 7.0.21-ci maddəsi). Bundan əlavə, həmin Məcəllənin 7.0.36-cı maddəsində zərərin cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyan olmasıgöstərilmişdir.
CPM-in 12.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Bununla belə, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır (CPM-in 12.2-ci maddəsi).
CPM-in 12.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan olunmayan bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.
Zərər çəkmiş şəxsin CPM-in 12.2-ci maddəsindəgöstərilən hüquqları həmin Məcəllənin 87-ci maddəsində dəqiqləşdirilmiş, eləcədə zərər çəkmiş şəxsin vəzifələrimüəyyənləşdirilmişdir.
CPM-in 87.1-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Mənəvi zərər dedikdə, şəxsin şərəf və ləyaqətinin alçaldılması, ona mənəvi sarsıntı yetirilməsi, fiziki zərər dedikdə, şəxsin həyatına, səhhətinə, digər bədən toxunulmazlığına vurulmuşzərər, əmlak zərəri dedikdə isə pul vahidi ilə ifadə olunan maddi ziyan vurulması başa düşülməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakı onun CPM-in 87.4-cü maddəsinə uyğun olaraq təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən zərərçəkmiş şəxs qismində tanınması üçün qərar qəbul edilməsini tələb edir.
CPM cinayət mühakimə icraatının gedişində şəxsin zərərçəkmiş şəxs qismində tanınmasının iki formasını (halını) nəzərdə tutmuşdur. Birinci halda cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərər çəkmiş kimi tanınır(CPM-in 210.3-cü maddəsi).İkinci halda isə cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. (CPM-in 87.4 maddəsi).
Zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edildiyi andan şəxs cinayət-prosessual qanunvericiliyi ilə ona verilmiş hüquq və vəzifələrə malik olur. Zərər çəkmiş şəxsin bu hüquqları bilavasitə özü, qanuni nümayəndəsivə yaxudda nümayəndəsi vasitəsi ilə həyata keçirilir (CPM-in 85, 101, 102-ci maddələri).
Cinayət nəticəsində və ya digər səbəblərdən şəxs öldüyü hallarda onun hüquqlarının qorunması məsələsi ortaya çıxır.
01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan CPM-in 49-cu maddəsində cinayətin mənəvi, fiziki və ya əmlak zərəri vurduğu şəxs zərərçəkmiş şəxs hesab olunurdu.Zərər çəkmiş şəxsin ölümü ilə nəticələnmiş cinayət işləri üzrə onun yaxın qohumlarının bu maddə ilə nəzərdə tutulmuş hüquqlara malik olması müəyyən edilmiş,lakin onların cinayət prosesində iştirakı qaydası və s. məsələlər müəyyən edilməmişdi.
Qüvvədə olan CPM-in 87.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Həmin normanın məzmunundan göründüyü kimi, törədilmiş cinayət nəticəsində ölmüş şəxs təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin müvafiq qərarı ilə cinayət-prosessual mənada “zərər çəkmiş şəxs qismində” tanınmasada o, zərərçəkmiş şəxsdir və öldüyinə görə onun qanunla nəzərdə tutulan hüquqlarını yaxın qohumları (hüquqi varisi) həyata keçirirlər.
Cinayət-prosessual qanunvericiliyində zərər çəkmiş şəxs öldükdə, onun hüquqlarının yaxın qohumları tərəfindən müdafiə edilməsi məsələsi öz həllini tapmış, hüquqda varislik prinsipi əsas götürülərək zərər çəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi, onun cinayət mühakimə icraatı zamanı hüquq və vəzifələri müəyyənləşdirilmişdir(CPM-in 106-cı maddəsi).
Hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur (CPM-in 106.1-ci maddəsi). Lakin bu zaman zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumun həmin zərər çəkmiş şəxsin hüquqi varisi təyin edilməsinə yol verilməməsi (CPM-in 106.2-ci maddəsi) nəzərə alınmalıdır.
Cinayət-prosessual qanunvericiliyində yaxın qohumlar dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur(CPM-in 7.0.32-ci maddəsi).
Zərər çəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir.
Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla digər hüquqlardan istifadə edir və vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər (CPM-in 106.5-ci maddəsi).
Cinayət-prosessual qanunvericiliyində zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin zərər çəkmiş şəxslə birlikdə qanuni nümayəndə və nümayəndə vasitəsi ilə, ölmüş zərər çəkmiş şəxsin hüquqlarının isə hüquqi varis vasitəsi ilə müdafiə edilməsi nəzərdə tutulsada (CPM-in 101.1, 102.1, 106.1-ci maddələri), həminşəxslərin cinayət prosesində iştirakı müəyyən hədlərdə məhdudlaşdırılmış, cinayət prosesi zamanı nümayəndənin və qanuni nümayəndənin şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, CPM-də nəzərdə tutulmuş hüquqları həyata keçirmələri müəyyən olunmuşdur(CPM-in 101.5, 102.6-cı maddələri).
Qanuni nümayəndədən və nümayəndədən fərqli olaraq, zərər çəkmiş şəxsin hüquqi varisi prosesdə iştirakı zamanı göstərilənlərdən əlavə, zərərçəkmiş şəxsin əvəzinə ifadə verə bilməz və onun şübhəli və təqsirləndirilən şəxslə barışmaq, xüsusi ittihamçı qismində cinayət təqibindən və zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək hüququ yoxdur (CPM-in 106.5-106.6.3-cü maddələri).
Qeyd edilməlidir ki, müraciətdə istinad edilən “hadisə nəticəsində ölmüş şəxsin yaxın qohumu hüquqi varis olmaq istəyirsə, özünün zərər çəkmiş şəxs qismində tanınmasını tələb edə bilər” müddəasını müəyyən edən CPM-in 119.4-cü maddəsinə “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli Qanunu (bundan sonra – 2012-ci il 11 dekabr tarixli Qanun) ilə dəyişikliklər edilmişdir. Həmin maddənin birinci cümləsi “ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər” kimi verilmişdir.Həmin dəyişikliklərdən sonra bu norma ilə CPM-in 12.2, 87.2 və 106.1-ci maddələri arasında uyğunsuzluq aradan qaldırılmışdır.
2012-ci il 11 dekabr tarixli Qanun ilə cinayət-prosessual qanunvericiliyinin hüquqi varislik prinsipi inkişaf etdirilərək təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi institutuda müəyyən edilmişdir.Belə ki, qanunverici cinayət təqibini istisna edən hallardan biri kimi,CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş “şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)”müddəasını dahada inkişaf etdirmişvə CPM-ə 106-1-ci maddə əlavə etmişdir.
Həmin maddədə göstərilir ki, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlardan biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarınında həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil edilir.
Cinayətdən zərər çəkmiş şəxs vəfat etdikdə onun bir qayda olaraq, bir neçə yaxın qohumu olur ki, onlarada həmin cinayət nəticəsində maddi-mənəvi ziyan dəymiş olur və onların bir neçəsinin və ya hamısının hüquqi varis kimi tanınması üçün müraciət etmək və tanınmaq hüququ vardır. Həmin yaxın qohumlardan birinin zərər çəkmiş şəxs qismində tanınması digərlərinin bu hüquqdan istifadə etmək və müraciət etmək hüququnu məhdudlaşdırardı.
CPM-in 106.3-cü maddəsinə görə zərər çəkmiş şəxsin bir neçə yaxın qohumu hüquqi varis kimi tanınma barədə müraciət etdikdə və onlar arasında hüquqi varisin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Eyni zamanda, zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış şəxsin cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürmək hüququ vardır (CPM-in 106.4-cü maddəsi).
Bəzi hallarda hüquqi varis kimi tanınmış şəxsin mövqeyi ilə hüquqi varis kimi tanınmağa hüququ olan şəxslərin mövqeləri üst-üstə düşmür. CPM-in 106.6-cı maddəsində nəzərdə tutulmuş hüquqların hüquqi varisə verilməsi ibtidai və məhkəmə araşdırması dövründə bu hüquqlardan istifadə edilməsi ilə bağlı müəyyən çətinliklərinyaranmasına səbəb olardı.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə institutu CPM-in 37.2-ci maddəsində nəzərdə tutulan prosessual barışma institutundan fərqlənir.
CPM-in 37.2-ci maddəsində göstərilən xüsusi ittiham qaydasında olan cinayət işləri üzrə zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda cinayət işinə xitam verilməli olduğu halda, CPM-in 37.3-cü maddəsində göstərilən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilərkən, CM-in 73-cü maddəsinə əsasən bu xarakterli bütün işlər üzrə deyil, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə zərər çəkmiş şəxsin təqsirləndirilən (şübhəli) şəxslə barışması (CM-in 73-cü maddəsində göstərilən digər şərtlər mövcud olduqda) şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilər.
Belə ki, CM-in cəzanı yüngülləşdirən halları nəzərdə tutan 59-cu maddəsində “cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərər çəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərər çəkmiş şəxsə dəymiş zərərin azadılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi” (CM-in 59.1.10-cu maddəsi) də cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur.
Təqsirləndirilən şəxsin bu hüquqdan istifadə etməsinə, bu hərəkətləri yerinə yetirməsinə CPM-in 106.6-cı maddəsində nəzərdə tutulan halların təsiri yoxdur və təqsirləndirilən şəxs prosesin istənilən mərhələsində bu hərəkətləri edə bilər və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət təqibi üzrə zərər çəkmiş şəxs qismində tanınmış və ya tanına bilən şəxs öldükdə, onun hüquqi varisinin cinayət prosesində iştirakına yol verilir. Bu zaman şəxsin ölənədək zərər çəkmiş şəxs qismində tanınmış olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Burada əsas amil ondan ibarətdir ki, ölmüş şəxs CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş qaydada zərər çəkmiş şəxs hesab edilə bilən şəxs olsun.
Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində iştirak etməsi üçün onun ölümünün səbəbinin əhəmiyyəti yoxdur. Şəxs bilavasitə cinayət hadisəsi ilə əlaqədar, yaxud cinayət hadisəsindən sonra xəstəlik və s. nəticəsində öldükdə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ölmüş elan edildikdə, onun hüquqi varisinin cinayət prosesində iştirak etməsi mümkündür. Ona görə də, cinayət təqibi istənilən növdə (ictimai, ictimai-xüsusi, xüsusi ittiham qaydasında) həyata keçirilərkən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində iştirakı mümkündür.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, Konstitusiyanın 68-ci maddəsinin I hissəsinin tələbləri baxımından CPM-in 12.2-ci maddəsinin “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs”, 87.2-ci maddəsinin “törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər” və 106.1-ci maddəsinin “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur” müddəaları eyni məna və məzmun daşıyır və həmin müddəalar arasında uyğunsuzluq mövcud deyildir.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
- Konstitusiyanın 68-ci maddəsinin I hissəsinə uyğun olaraq CPM-in 12.2-ci maddəsinin “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs” və 87.1-ci maddəsinin “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır” müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını və müvafiq qaydada şəxsin zərər çəkmiş şəxsqismində tanınmasını və yatanına bilməsini ehtiva edir.
- CPM-in 87.2-ci maddəsinin “törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər” və 106.1-ci maddəsinin “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hüquqi varis hesab olunur” müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində və ya bundan sonra hər hansı başqa bir səbəbdən ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş zərər çəkmiş şəxsin əvəzinə cinayət təqibi üzrə icraatda iştirak edən və həmin Məcəllənin 106.6-cı maddəsində nəzərdə tutulan hallar (hüquqlar) istisna olmaqla, hüquq və vəzifələri həyata keçirən hüquqi varisi nəzərdə tutur.
Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65, 66, 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin “cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs” və 87.1-ci maddəsinin“cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır”müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını və müvafiq qaydada şəxsin zərər çəkmiş şəxsqismində tanınmasını və yatanına bilməsini ehtiva edir.
2.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinin “törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər” və 106.1-ci maddəsinin “hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hüquqi varis hesabolunur” müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində və ya bundan sonra hər hansı başqa bir səbəbdən ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş zərər çəkmiş şəxsin əvəzinə cinayət təqibi üzrə icraatda iştirak edən və həmin Məcəllənin 106.6-cı maddəsində nəzərdə tutulan hallar (hüquqlar) istisna olmaqla, hüquq və vəzifələri həyata keçirən hüquqi varisi nəzərdə tutur.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
26 May 2014, 17:05
4 Dekabr 2020, 20:12
Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 16 aprel tarixli 1923 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 398 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 19 avqust tarixli 811 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli, “Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Dekabr 2020, 20:12
Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 370 nömrəli, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 667 nömrəli, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 24 avqust tarixli 757 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2008-ci il 22 aprel tarixli 745 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 9 fevral tarixli 49 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Dekabr 2020, 18:12
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Dekabr 2020, 15:12
“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Dekabr 2020, 15:12
Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Dekabr 2020, 15:12
Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Dekabr 2020, 15:12
Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Dekabr 2020, 13:12
Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Dekabr 2020, 12:12
Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Dekabr 2020, 16:12
“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...