“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1795; 2017, № 2, maddələr 138, 150; № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 848-VQD nömrəli və 15 dekabr tarixli 928-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 41-ci bəndə “sürücülərini” sözündən sonra “və piyadaları” sözləri əlavə edilsin;

1.2. 52-ci və 53-cü bəndlərin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 54-cü hissə əlavə edilsin:

“54) taxoqraf – nəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin nəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.”.

2. 6-cı maddənin I hissəsinin 6-cı bəndinə və 36-cı maddənin III hissəsinin 2-ci bəndinə “hərəkətlərindən” sözündən sonra “(hərəkətsizliklərindən) inzibati qaydada və” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası)

sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən

fiziki və hüquqi şəxslərin vəzifələri

I. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

II. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

4. 27-ci maddənin XIX hissəsindən və 35-ci maddənin XI hissəsindən “(və ya)” sözləri çıxarılsın.

5. 37-ci maddə üzrə:

5.1. I hissəsinin 1-ci bəndinə “şəhadətnaməsini,” sözündən sonra “bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda),” sözləri əlavə edilsin;

5.2. VI hissənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3) bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.”.

6. 85-ci maddə üzrə:

6.1. 9-cu bəndin “Qeyd” hissəsinin üçüncü cümləsində “qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət” sözləri “inzibati qaydada və məhkəməyə şikayət” sözləri ilə əvəz edilsin;

6.2. 10-cu bəndin “Qeyd” hissəsinin ikinci abzasında “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət” sözləri “inzibati qaydada və məhkəməyə şikayət” sözləri ilə əvəz edilsin.

7. 1 saylı Əlavənin VII hissəsi üzrə:

7.1. 4-cü bənddən “taxoqraf,” sözü çıxarılsın;

7.2. aşağıdakı məzmunda 4-1-ci bənd əlavə edilsin:

“4-1) bu Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrində taxoqraf olmadıqda, habelə taxoqrafın yoxlanmasına dair müvafiq möhür vurulmadıqda (taxoqrafın yoxlanması haqqında şəhadətnamə olmadığı halda), yaxud taxoqrafın yoxlanma müddəti bitdikdə və ya plomblanması pozulduqda, tamamilə və ya hər hansı funksiyası işləmədikdə.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

24 Aprel 2018, 08:04

http://www.azertag.az

3081—3090 / 10511

10 Yanvar 2019, 08:01

Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Yanvar 2019, 08:01

Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Yanvar 2019, 08:01

Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Dekabr 2018, 08:12

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Dekabr 2018, 08:12

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Dekabr 2018, 08:12

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1377-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Dekabr 2018, 08:12

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1374-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 Dekabr 2018, 08:12

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Dekabr 2018, 08:12

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 Dekabr 2018, 08:12

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...