Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 852-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli 1825 nömrəli və 29 mart tarixli 1899 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.6.1.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“8.6.1.4. məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər haqqında;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2018-ci il.

6 Aprel 2018, 08:04

http://www.azertag.az

10281—10290 / 10511

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında   ətraflı...

14 Fevral 2014, 08:02

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Fevral 2014, 08:02

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...