Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur.

Neft-qaz geologiyası və vulkanologiya sahəsi üzrə qiymətli tədqiqatlar müəllifi akademik Əhəd Yaqubov Azərbaycanın palçıq vulkanlarının kompleks öyrənilməsinin təşkilatçısı kimi şöhrət tapmış, onların ilk atlası və xəritələrinin tərtibinə rəhbərlik etmişdir. Xəzər dənizi neft yataqlarından bir çoxunun kəşfi alimin adı ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə geologiya elminin inkişafına mühüm töhfələr vermiş və yüksəkixtisaslı kadrların hazırlanmasında təqdirəlayiq xidmətlər göstərmiş akademik Əhəd Yaqubovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2018-ci il.

30 Mart 2018, 08:03

http://www.azertag.az

9471—9480 / 10511

9 Oktyabr 2014, 15:10

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji Axtarış Ekspedisiyasının Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

9 Oktyabr 2014, 15:10

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

9 Oktyabr 2014, 09:10

Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında   ətraflı...

9 Oktyabr 2014, 09:10

N.V.Veysovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

9 Oktyabr 2014, 09:10

A.A.Məmmədovun Şəmkir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

9 Oktyabr 2014, 09:10

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında   ətraflı...

8 Oktyabr 2014, 09:10

Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

3 Oktyabr 2014, 09:10

Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə   ətraflı...

3 Oktyabr 2014, 09:10

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka   ətraflı...

2 Oktyabr 2014, 09:10

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik   ətraflı...