“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1035-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1035-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 1834 və 1837 nömrəli, 6 mart tarixli 1868 nömrəli və 7 mart tarixli 1878 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə “394.0.7 (ikinci halda),” sözlərindən sonra “395.1 (ikinci halda) maddələrində, 395-ci maddəsinin “Qeyd” hissəsində (ikinci halda),” sözləri əlavə edilsin;

3.2. 4.5-ci bəndə “395.1-ci” və “hissəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.3. 4.49-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.50-ci bənd əlavə edilsin:

“4.50. həmin Məcəllənin 395.1-ci maddəsində və 395-ci maddəsinin “Qeyd” hissəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi nəzərdə tutulur.”;

3.4. 5.30-cu bənddə “395.1, 395.2” rəqəmləri “395.1 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 395.2 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2018-ci il.

30 Mart 2018, 08:03

http://www.azertag.az

10151—10160 / 10511

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə   ətraflı...

1 Aprel 2014, 16:04

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Aprel 2014, 09:04

Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

31 Mart 2014, 09:03

Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Mart 2014, 09:03

Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

27 Mart 2014, 10:03

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...