“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1036-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1036-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 640; 2017, № 12 (I kitab), maddə 2286) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2-ci bənddə “14.5-ci maddəsində (hər iki halda)” sözləri “14.5-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin;

3.2. “3.1.” rəqəmləri “3.1-1.” rəqəmləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1-ci bənd əlavə olunsun:

“3.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.3. 3.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənməklə aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:

“3.6. həmin Qanunun 14.5-ci maddəsində “qurum” dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verdiyi torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2018-ci il.

19 Mart 2018, 08:03

http://www.azertag.az

9191—9200 / 10511

24 Noyabr 2014, 09:11

F.M.Süleymanova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 Noyabr 2014, 09:11

Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

M.M.Əliyevin Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında və Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

A.S.Şükürovun Azərbaycan Respublikasının Liviya Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

21 Noyabr 2014, 09:11

Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsindəəlavə tədbirlər haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

21 Noyabr 2014, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...