“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1036-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1036-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 640; 2017, № 12 (I kitab), maddə 2286) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənddə “14.5-ci maddəsində (hər iki halda)” sözləri “14.5-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin;
3.2. “3.1.” rəqəmləri “3.1-1.” rəqəmləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1-ci bənd əlavə olunsun:
“3.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
3.3. 3.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənməklə aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:
“3.6. həmin Qanunun 14.5-ci maddəsində “qurum” dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verdiyi torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2018-ci il.
19 Mart 2018, 08:0316 Dekabr 2014, 09:12
Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə ətraflı...
16 Dekabr 2014, 09:12
Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə ətraflı...
16 Dekabr 2014, 09:12
G.M. Vəliyevaya “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
A.Ş. Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
S.B.Əsədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
X.M.Nəcəfova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
15 Dekabr 2014, 09:12
"Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
15 Dekabr 2014, 09:12
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
15 Dekabr 2014, 09:12
"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...