"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 121

Bakı şəhəri, 5 may 2014-cü il

"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qaydalar"ın 8-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"8. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.".

 Azərbaycan Respublikasının  Baş naziri Artur Rasi-zadə

21 May 2014, 14:05

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...