Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2018-ci il.
12 Mart 2018, 08:0318 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...