İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilmişdir. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilmiş, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilmişdir.

“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılmış, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini vermişdir. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılmış, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılmışdır.

Bu sahədə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon (on doqquz milyon doqquz yüz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

7 Mart 2018, 08:03

http://www.azertag.az

1631—1640 / 10511

12 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

12 Yanvar 2021, 20:01

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Yanvar 2021, 19:01

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Yanvar 2021, 19:01

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 209-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Yanvar 2021, 20:01

V.A.Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Yanvar 2021, 20:01

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında   ətraflı...

8 Yanvar 2021, 20:01

H.Ə.Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Yanvar 2021, 20:01

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Yanvar 2021, 20:01

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...