Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043) aşağıdakı dəyişikliklər edilsin:

1. 47.1-ci maddəyə “obyektləri” sözündən sonra “, habelə reklam qurğuları” sözləri əlavə edilsin.

2. 47.4.5-ci maddəyə “orqanından” sözündən sonra “(reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan)” sözləri əlavə edilsin.

3. 47.4.6-cı maddəyə “obyektinin” sözündən sonra “(reklam qurğuları istisna olmaqla)” sözləri, “orqanına” sözündən sonra isə “, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma” sözləri əlavə edilsin.

4. 75.1-ci maddənin birinci cümləsinə “orqanı” sözündən sonra “(reklam qurğularının tikintisinə istisna olmaqla)” sözləri əlavə edilsin.

5. 75.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir.”.

6. 79.1.5-ci maddəyə “kiçik” sözündən əvvəl “reklam qurğuları istisna olmaqla,” sözləri əlavə edilsin.

7. 81-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“81.1. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

81.1.1. sifarişçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

81.1.2. sifarişçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

81.1.3. reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

81.1.4. reklam qurğusunun tikinti sxemi;

81.1.5. tikinti işlərinin təsviri;

81.1.6. reklam qurğusunun yerləşəcəyi (əgər qurğu torpaq üzərində yerləşdiriləcəksə) ərazinin vəziyyət planı.

81.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisinə icazənin verilməsi ilə bağlı bu Məcəllənin 75.3-cü, 75.4-cü, 75.4-1-ci, 75.7-ci, 75.10-cu və 82.1-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görür.

81.3. Bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş reklam qurğularının tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərə (o cümlədən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara) uyğun olaraq aparılır.

81.4. Tikintiyə icazə barədə qərarın əsli, bu Məcəllənin 81.1.4-cü və 81.1.5-ci maddələrində nəzərdə tutulmuş sənədlərin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda saxlanılır.”.

8. 85.3-cü maddənin birinci cümləsinə “alınmalı” sözündən sonra “(reklam qurğularının tikintisi zamanı istisna olmaqla)” sözləri əlavə edilsin.

9. 86.1-ci maddənin birinci abzasının birinci cümləsinə “işlərinə” sözündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

10. 86.2-ci maddəyə “qurğuları” sözündən sonra “və reklam” sözləri əlavə edilsin.

11. 86.4-cü maddəyə “işləri” sözündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

12. 92.1-ci maddənin birinci abzasına “işlərində” sözündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

13. 92.4-cü maddənin birinci abzasına “işlərinin” sözündən sonra “(reklam qurğularının tikintisi istisna olmaqla)” sözləri əlavə edilsin.

14. aşağıdakı məzmunda 92-1-ci maddə əlavə edilsin:

“Maddə 92-1. Reklam qurğularının tikintisi ilə bağlı yazılı göstərişlər

92-1.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisi işlərində pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onların 10 gün ərzində aradan qaldırılması barədə sifarişçiyə icrası məcburi olan yazılı göstəriş təqdim edir.

92-1.2. Sifarişçi bu Məcəllənin 92-1.1-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yoxlamanın keçirildiyi gündən 3 iş günündən gec olmayaraq yenidən yazılı göstəriş təqdim edir.

92-1.3. Yazılı göstəriş maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.”.

15. 93.1-ci maddənin birinci cümləsinə “orqanına” sözündən sonra “(reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma)” sözləri əlavə edilsin.

16. aşağıdakı məzmunda 95.1.3-1-ci maddə əlavə edilsin:

“95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda;”.

17. 95.3-cü maddəyə “Məcəllənin” sözündən sonra “95.1.3-1-ci,” sözləri əlavə edilsin.

18. aşağıdakı məzmunda 95.3-1-ci maddə əlavə edilsin:

“95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.”.

19. 95.5-ci maddəyə “orqanı” sözündən sonra “(reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

20. 101.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“101.2. Tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı, reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.”.

21. 101.4-cü maddədən “vahid” sözü çıxarılsın.

22. 102.1-ci maddənin birinci abzasına “obyektinin” sözündən sonra “(reklam qurğuları istisna olmaqla)” sözləri əlavə edilsin.

23. aşağıdakı məzmunda 102.1-1-ci maddə əlavə edilsin:

“102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazə barədə qərarın surətini əlavə edir.”.

24. 102.2-ci maddənin birinci cümləsinə “orqanı” sözündən sonra “(reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

25. 102.4-cü maddəyə “gün” sözündən sonra “(reklam qurğularına münasibətdə isə 5 iş günü)” sözləri, “orqanı” sözündən sonra isə “(reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

26. 102.5-ci maddəyə, 102.7-ci və 103.2-ci maddələrinin birinci cümləsinə “orqanı” sözündən sonra “(reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2018-ci il.

7 Mart 2018, 08:03

http://www.azertag.az

3011—3020 / 10511

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nda, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ında və 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanlarında və 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2019, 08:02

S.A.Şirinovun və U.A.Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

4 Fevral 2019, 08:02

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...