“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü maddəsinə uyğun olaraq, reklam qurğularının istismarına icazənin formasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.6.24-cü yarımbənddən “vahid” sözü çıxarılsın;
3.2. 4.1-ci bənd üzrə:
3.2.1. “75.11-ci” sözləri “47.4.5-ci (ikinci halda), 47.4.6-cı (ikinci halda), 75.11-ci maddələrində, 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü” sözləri ilə əvəz edilsin;
3.2.2. “95.7-ci, 97.5-ci maddələrində” sözləri “92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda), 95.3-1-ci maddəsinin birinci cümləsində, 95.5-ci maddəsində (ikinci halda), 95.7-ci, 97.5-ci maddələrində, 101.2-ci maddəsində (ikinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 102.4-cü maddəsində (ikinci halda), 102.5-ci maddəsində (ikinci halda), 102.7-ci və 103.2-ci maddələrinin birinci cümlələrində (ikinci halda)” sözləri ilə əvəz edilsin;
3.3. 4.7-ci bənd üzrə:
3.3.1. “, 47.4.6-cı” sözləri “(birinci halda), 47.4.6-cı (birinci halda)” sözləri ilə əvəz edilsin;
3.3.2. “81.1-ci maddəsinin ikinci cümləsində (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə),” sözləri çıxarılsın;
3.4. 4.7-1-ci bənd üzrə:
3.4.1. “, 102.2-ci maddəsinin birinci cümləsində” sözləri “(birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;
3.4.2. “, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində” sözləri “(birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci və 103.2-ci maddələrinin birinci cümlələrində (birinci halda)” sözləri ilə əvəz edilsin;
3.5. aşağıdakı məzmunda 4.7-2-ci bənd əlavə edilsin:
“4.7-2. həmin Məcəllənin 47.4.5-ci, 47.4.6-cı maddələrində, 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci və 95.3-1-ci maddələrinin birinci cümlələrində, 95.5-ci, 101.2-ci maddələrində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci və 103.2-ci maddələrinin birinci cümlələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;
3.6. 4.10-cu bəndə “95.5-ci” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;
3.7. 4.12-ci bəndə “cümləsində” sözündən sonra “(birinci halda)” sözləri əlavə edilsin;
3.8. 4.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.13-cü bənd əlavə edilsin:
“4.13. həmin Məcəllənin 93.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il.
7 Mart 2018, 08:0319 Fevral 2015, 09:02
"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Fevral 2015, 09:02
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
17 Fevral 2015, 09:02
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1176-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 Fevral 2015, 09:02
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2015, 09:02
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...