“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü maddəsinə uyğun olaraq, reklam qurğularının istismarına icazənin formasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.6.24-cü yarımbənddən “vahid” sözü çıxarılsın;

3.2. 4.1-ci bənd üzrə:

3.2.1. “75.11-ci” sözləri “47.4.5-ci (ikinci halda), 47.4.6-cı (ikinci halda), 75.11-ci maddələrində, 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü” sözləri ilə əvəz edilsin;

3.2.2. “95.7-ci, 97.5-ci maddələrində” sözləri “92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda), 95.3-1-ci maddəsinin birinci cümləsində, 95.5-ci maddəsində (ikinci halda), 95.7-ci, 97.5-ci maddələrində, 101.2-ci maddəsində (ikinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 102.4-cü maddəsində (ikinci halda), 102.5-ci maddəsində (ikinci halda), 102.7-ci və 103.2-ci maddələrinin birinci cümlələrində (ikinci halda)” sözləri ilə əvəz edilsin;

3.3. 4.7-ci bənd üzrə:

3.3.1. “, 47.4.6-cı” sözləri “(birinci halda), 47.4.6-cı (birinci halda)” sözləri ilə əvəz edilsin;

3.3.2. “81.1-ci maddəsinin ikinci cümləsində (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə),” sözləri çıxarılsın;

3.4. 4.7-1-ci bənd üzrə:

3.4.1. “, 102.2-ci maddəsinin birinci cümləsində” sözləri “(birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;

3.4.2. “, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində” sözləri “(birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci və 103.2-ci maddələrinin birinci cümlələrində (birinci halda)” sözləri ilə əvəz edilsin;

3.5. aşağıdakı məzmunda 4.7-2-ci bənd əlavə edilsin:

“4.7-2. həmin Məcəllənin 47.4.5-ci, 47.4.6-cı maddələrində, 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci və 95.3-1-ci maddələrinin birinci cümlələrində, 95.5-ci, 101.2-ci maddələrində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci və 103.2-ci maddələrinin birinci cümlələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;

3.6. 4.10-cu bəndə “95.5-ci” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.7. 4.12-ci bəndə “cümləsində” sözündən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

3.8. 4.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.13-cü bənd əlavə edilsin:

“4.13. həmin Məcəllənin 93.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

7 Mart 2018, 08:03

http://www.azertag.az

4921—4930 / 10511

2 Avqust 2017, 09:08

“Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

О предоставлении деятелям кино Азербайджана персональных пенсий Президента Азербайджанской Республики   ətraflı...

1 Avqust 2017, 09:08

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin NİZAMNAMƏSİ   ətraflı...

1 Avqust 2017, 09:08

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 756-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Avqust 2017, 09:08

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Avqust 2017, 09:08

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Avqust 2017, 09:08

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...