Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə iqtisadiyyatın mühüm sahələrindən olan qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmiş, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atılmış, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuş və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri formalaşmışdır.

Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq məhsullarının istehsalında böyük artıma nail olmaq məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaqların istifadəyə verilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, nasos stansiyaları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Görülmüş tədbirlərin davamı olaraq, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayında nasos stansiyasının və "H" kanalının yenidən qurulması nəticəsində 2017-ci ildə 4147 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün "H" kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 358 000 (iyirmi iki milyon üç yüz əlli səkkiz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2018-ci il.

5 Mart 2018, 08:03

http://www.azertag.az

1981—1990 / 10511

27 İyul 2020, 18:07

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə   ətraflı...

24 İyul 2020, 17:07

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 İyul 2020, 17:07

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 İyul 2020, 18:07

Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 İyul 2020, 18:07

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

20 İyul 2020, 18:07

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 İyul 2020, 18:07

A.Q.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 İyul 2020, 18:07

A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 İyul 2020, 18:07

Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 İyul 2020, 18:07

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 151-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...