“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 169; 2002, № 5, maddə 237; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 6, maddə 398; 2007, № 11, maddə 1048; 2015, № 10, maddə 1098; 2016, № 11, maddə 1750; 2017, № 5, maddə 683, № 11, maddə 1950; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 925-VQD nömrəli Qanunu) 25-ci maddəsinin ikinci və üçüncü hissələrində “pullu” sözü “ödənişli” sözü ilə əvəz edilsin və dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Sudan ödənişli istifadə qaydaları Azərbaycan Respublikasının Su Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq müəyyən edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il.

2 Mart 2018, 08:03

http://www.azertag.az

6941—6950 / 10511

29 Aprel 2016, 09:04

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

29 Aprel 2016, 09:04

S.M.Qasımovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

29 Aprel 2016, 09:04

E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

29 Aprel 2016, 09:04

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

28 Aprel 2016, 09:04

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında   ətraflı...

28 Aprel 2016, 09:04

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında   ətraflı...

25 Aprel 2016, 09:04

Nasir Əbdüləziz Əl-Nasirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

22 Aprel 2016, 09:04

Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında   ətraflı...

22 Aprel 2016, 09:04

Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında   ətraflı...

22 Aprel 2016, 09:04

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...