Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Mingəçevirdə bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən “ASAN həyat” Kompleksi, Bayraq Muzeyi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Gənclər evi, əlil və şəhid ailələri üçün ümumilikdə 140 mənzilli 4 yaşayış binası tikilmiş, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şəhər Mərkəzi Xəstəxanasının, Mingəçevir Dövlət Dram Teatrının, Tarix Muzeyinin binaları yenidən qurulmuş, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, ümumi gücü 424 MVt olan “Mingəçevir” Su Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikləri yaradılmış, ümumilikdə 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2018-ci il.
28 Fevral 2018, 08:0217 Mart 2016, 09:03
V.N.Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
17 Mart 2016, 09:03
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri ətraflı...
17 Mart 2016, 09:03
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında ətraflı...
15 Mart 2016, 09:03
R.V.Hüseynovun Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
15 Mart 2016, 09:03
E.M.Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
14 Mart 2016, 09:03
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
14 Mart 2016, 09:03
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair TƏDBİRLƏR PLANI ətraflı...
14 Mart 2016, 09:03
“2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
14 Mart 2016, 09:03
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
11 Mart 2016, 10:03
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 150-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...