Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Mingəçevirdə bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən “ASAN həyat” Kompleksi, Bayraq Muzeyi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Gənclər evi, əlil və şəhid ailələri üçün ümumilikdə 140 mənzilli 4 yaşayış binası tikilmiş, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şəhər Mərkəzi Xəstəxanasının, Mingəçevir Dövlət Dram Teatrının, Tarix Muzeyinin binaları yenidən qurulmuş, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, ümumi gücü 424 MVt olan “Mingəçevir” Su Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikləri yaradılmış, ümumilikdə 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2018-ci il.

28 Fevral 2018, 08:02

http://www.azertag.az

6681—6690 / 10511

1 İyul 2016, 09:07

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...

30 İyun 2016, 09:06

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının PROTOKOLU   ətraflı...

30 İyun 2016, 09:06

2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin ümumi yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında   ətraflı...

30 İyun 2016, 09:06

2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərdə ümumi yekunların müəyyən olunması ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokolunun tərtib olunması haqqında   ətraflı...

30 İyun 2016, 09:06

Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

29 İyun 2016, 09:06

Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

29 İyun 2016, 09:06

“Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 16 iyul tarixli 1035 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 İyun 2016, 09:06

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 İyun 2016, 09:06

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi   ətraflı...

28 İyun 2016, 09:06

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında   ətraflı...