Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Mingəçevirdə bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən “ASAN həyat” Kompleksi, Bayraq Muzeyi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Gənclər evi, əlil və şəhid ailələri üçün ümumilikdə 140 mənzilli 4 yaşayış binası tikilmiş, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şəhər Mərkəzi Xəstəxanasının, Mingəçevir Dövlət Dram Teatrının, Tarix Muzeyinin binaları yenidən qurulmuş, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, ümumi gücü 424 MVt olan “Mingəçevir” Su Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikləri yaradılmış, ümumilikdə 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2018-ci il.

28 Fevral 2018, 08:02

http://www.azertag.az

5141—5150 / 10511

30 İyun 2017, 09:06

A.A.Seyidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2017, 09:06

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 705-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 İyun 2017, 09:06

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

29 İyun 2017, 09:06

“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında   ətraflı...

29 İyun 2017, 09:06

E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında   ətraflı...

29 İyun 2017, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 İyun 2017, 09:06

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

29 İyun 2017, 09:06

Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

29 İyun 2017, 09:06

“Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi barədə   ətraflı...

29 İyun 2017, 09:06

“Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə   ətraflı...