Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Mingəçevirdə bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən “ASAN həyat” Kompleksi, Bayraq Muzeyi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Gənclər evi, əlil və şəhid ailələri üçün ümumilikdə 140 mənzilli 4 yaşayış binası tikilmiş, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şəhər Mərkəzi Xəstəxanasının, Mingəçevir Dövlət Dram Teatrının, Tarix Muzeyinin binaları yenidən qurulmuş, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, ümumi gücü 424 MVt olan “Mingəçevir” Su Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikləri yaradılmış, ümumilikdə 16 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2018-ci il.
28 Fevral 2018, 08:026 Mart 2019, 08:03
2019 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2019, 08:03
Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2019, 08:03
Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Mart 2019, 08:03
Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Mart 2019, 08:03
İ.A.Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Mart 2019, 08:03
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Mart 2019, 08:03
Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Mart 2019, 08:03
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Mart 2019, 08:03
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1504-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Mart 2019, 08:03
S.M.Qəhrəmanovanın 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...