Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2018-ci il

26 Fevral 2018, 08:02

http://www.azertag.az

9141—9150 / 10511

1 Dekabr 2014, 09:12

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...

1 Dekabr 2014, 09:12

Mərkəzi Seçki Komissiyasının 25 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

1 Dekabr 2014, 09:12

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına   ətraflı...

1 Dekabr 2014, 09:12

M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında   ətraflı...

28 Noyabr 2014, 09:11

Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında   ətraflı...

28 Noyabr 2014, 09:11

Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə   ətraflı...

28 Noyabr 2014, 09:11

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Buyar Nişaniyə   ətraflı...

27 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 noyabr 2014-cü il tarixli 12 saylı müraciətə baxılması barədə   ətraflı...

27 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 noyabr 2014-cü il tarixli 11 saylı müraciətə baxılmasına dair   ətraflı...

27 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 10 saylı müraciətə baxılması barədə   ətraflı...