Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 (min dörd yüz əlli) manat müəyyən edilsin.
2. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005, № 3, maddə 167; 2006, № 11, maddə 939; 2007, № 12, maddə 1235; 2008, №7, maddə 621; 2016, № 10, maddə 1628) 2-ci hissəsində “1300 (min üç yüz)” sözləri “1450 (min dörd yüz əlli)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2018-ci il.
23 Fevral 2018, 08:0220 İyun 2016, 09:06
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 İyun 2016, 09:06
G.H.Məmmədovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
20 İyun 2016, 09:06
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə ətraflı...
17 İyun 2016, 09:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
17 İyun 2016, 09:06
S.Q.Həbibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
17 İyun 2016, 09:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
17 İyun 2016, 09:06
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 İyun 2016, 09:06
A.A.Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
14 İyun 2016, 09:06
Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında ətraflı...
14 İyun 2016, 09:06
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında ətraflı...