Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilsin.

2. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627) 1-ci hissəsində “1300 (min üç yüz)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2018-ci il.

21 Fevral 2018, 08:02

http://www.azertag.az

7161—7170 / 10511

9 Mart 2016, 09:03

Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Mart 2016, 09:03

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə   ətraflı...

7 Mart 2016, 09:03

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında   ətraflı...

7 Mart 2016, 09:03

İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

7 Mart 2016, 09:03

M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

7 Mart 2016, 09:03

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik   ətraflı...

7 Mart 2016, 09:03

S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

7 Mart 2016, 09:03

S.H.Hətəmovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

7 Mart 2016, 09:03

T.A.Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

7 Mart 2016, 09:03

Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...