“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 966-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 966-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasa “Qanununun” sözündən sonra “10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində,” sözləri əlavə edilsin;
2.2. on üçüncü abzasdan “10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində və” sözləri çıxarılsın;
2.3. otuz dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda otuz beşinci abzas əlavə edilsin:
“həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində “qurum” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2018-ci il.
21 Fevral 2018, 08:029 Mart 2016, 09:03
Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
7 Mart 2016, 09:03
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə ətraflı...
7 Mart 2016, 09:03
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ətraflı...
7 Mart 2016, 09:03
S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
S.H.Hətəmovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
T.A.Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...