İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə qərara alıram:

1. İcbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilsin.

2. “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).

3. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 (bir milyon beş yüz altmış min) manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 (on altı milyon yeddi yüz altmış min) manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi prosesini davam etdirsin və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

5.1. bu Fərman qüvvəyə mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin pilot layihənin həyata keçirilməsini davam etdirsin;

5.2. “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1834) aşağıdakı dəyişikliklər edilsin:

8.1. adında, 1-ci və 2-ci hissələrdə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;

8.2. 2-ci hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

8.3. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu Fərman qüvvəyə mindiyi gündən həyata keçirilməsini təmin etsin.”;

8.4. 12-ci hissədə “Mingəçevir və Yevlax şəhər icra hakimiyyətlərinə” sözləri “Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Yevlax Şəhər İcra Hakimiyyətinə və Ağdaş Rayon İcra Hakimiyyətinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 fevral 2018-ci il.

19 Fevral 2018, 08:02

http://www.azertag.az

10251—10260 / 10511

3 Mart 2014, 16:03

"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 09:02

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...