Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1482 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 10.3.1.1-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“10.3.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bəndində qeyd edilən digər məlumatlar;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2018-ci il.
16 Fevral 2018, 08:0225 İyun 2014, 09:06
Bir qrup dəniz nəqliyyatı işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 İyun 2014, 09:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
24 İyun 2014, 09:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
23 İyun 2014, 09:06
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ətraflı...
23 İyun 2014, 09:06
Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında ətraflı...
23 İyun 2014, 09:06
Z.Ş.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
23 İyun 2014, 09:06
İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
20 İyun 2014, 09:06
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında ətraflı...
20 İyun 2014, 09:06
“Dənizçi günü” peşə bayramının təsis edilməsi haqqında ətraflı...
20 İyun 2014, 09:06
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ətraflı...