“Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi qaydaları haqqında Təlimat”ın ləğv edilməsi barədə 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 76-cı, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/41 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi qaydaları haqqında Təlimat” ləğv edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr          Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

9 Fevral 2018, 08:02

http://www.azertag.az

5131—5140 / 10511

4 İyul 2017, 09:07

Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

3 İyul 2017, 09:07

İ.Ə.Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

3 İyul 2017, 09:07

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında   ətraflı...

30 İyun 2017, 09:06

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...

30 İyun 2017, 09:06

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...