Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırmış, əldə etdiyi nailiyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.

1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşmış Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2018-ci il.

1 Fevral 2018, 09:02

http://www.azertag.net

1441—1450 / 10511

15 Aprel 2021, 20:04

Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Aprel 2021, 21:04

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Aprel 2021, 20:04

2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Aprel 2021, 21:04

F.F.İbrahimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Aprel 2021, 21:04

“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Aprel 2021, 21:04

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

12 Aprel 2021, 21:04

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Aprel 2021, 21:04

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

12 Aprel 2021, 21:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 270-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Aprel 2021, 21:04

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...